Mini Lop dovşanı — "Amerika Dovşan Yetişdiriciləri Assosiasiyası" (ARBA) tərəfindən tanınan ev dovşanı növü. Bu növ, "Britaniya Dovşan Şurası" (BRC) tərəfindən tanınan "Miniature Lop" növündən fərqlidir. (Böyük Britaniyada Miniature Lop qısaca "Mini Lop" adlanır.) ABŞ-dəki Mini Lop və Böyük Britaniyadakı Miniature Lop, BRK tərəfindən tanınan (lakin ARBA tərəfindən tanınmayan) "Dwarf Lop" növündən də fərqlidir. Mini Lop, "Dvarf dovşanı" kimi bir neçə kiçik dovşan növünə bənzəyir.
Tarix
Mini Lop növü 1972-ci ildə Almaniyanın Essen şəhərində keçirilən "Alman Milli Dovşan Şousu"nda Bob Herschbach tərəfindən kəşf edilmişdir. O zaman bu növ "Klein Widder" adı ilə tanınırdı. İlk Mini Loplar, "German Big Lop" və kiçik Çinçilla növlərindən yaranmışdır. Bu növlər əvvəlcə Aquti və ağ rənglərdə olurdu. Alman lopları təxminən 8 funt (3,6 kq) çəkidə, incə, iri və qalın qulaqlara malik idi. Mini Lopun təbliğatçısı olan Hersşbax, 1972-ci ildə əsasən bir Aquti lop cütü və ağ dişi lop cütləşdirməklə ABŞ-də ilk Mini Lop nəslinin yaranmasını təmin etdi. Onların ilk bala lopları tək rəngli idi. İkinci nəsil isə qırıq rəngli oldu. Nəticədə, yetişdirilmə prosesi sayəsində yüksək keyfiyyətli Mini Loplar əldə edildi.
İstinadlar
Xarici keçidlər
American Rabbit Breeder's Association Mini Lop Rabbit Club of America Mini Lop Rabbit Breed History Rabbit Breeds Listing
Kateqoriya:Dovşanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar