Azərbaycan Respublikasının Əmək məcəlləsi — Azərbaycan Respublikasının ərazisində əmək münasibətlərini tənzimləyən normativ akt.
Ümumi məlumatlar Əmək məcəlləsi 1999-cu il fevralın 1-də qəbul edilmişdir. 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək şəxsi və ictimai rifahın əsasıdır. Hər bir vətəndaşın əmək qabiliyyətindən asılı olaraq sərbəst şəkildə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin "a" bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI
Məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmışdır: Əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi xarakterli hüquqları, habelə təminatların müəyyən edilmiş minimum səviyyəsi.Трудовой кодекс Азербайджанской Республики Vətəndaşların əlverişli şəraitdə işləmək, istirahət etmək və məşğul olmaq hüquqlarının təmin edilməsi prinsipləri və qaydalarıAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında İşçilərin və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən normalar, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və s. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ibarətdir: məsələ ilə bağlı Azərbaycan Respublikasının qanunları, normativ-hüquqi aktlar, Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələr.Новые изменения в Трудовой кодекс Азербайджанской Республики
Azərbaycanın Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini tənzimləyir, şəxslərin əmək hüquqlarını təmin edən minimum norma standartlarını müəyyən edir.ЗАКОН АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ О внесении изменений в Трудовой кодекс Азербайджанской Республики
Prinsipləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin prinsipləri: bərabərliyin təmin edilməsi ədalətin və qanunun aliliyinin təmin edilməsi yolu ilə maraqların müdafiəsi maddi, mənəvi, sosial, iqtisadi və digər ehtiyacların ödənilməsi üçün əqli, fiziki və maddi imkanlardan sərbəst istifadənin təmin edilməsi işçilər və işəgötürənlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üçün hüquqi təminatın yaradılması.Трудовой кодекс Азербайджанской Республики (утвержден Законом Азербайджанской Республики от 1 февраля 1999 года № 618-IQ) (с изменениями и дополнениями по состоянию на 11.04.2025 г.)
Bu Məcəllə ölkə ərazisində yerləşən bütün müəssisələrə şamil edilir: müəssisələrdə, təşkilatlarda işçilərlə müqavilə bağlanmış müəssisə yaradılmayan iş yerlərində, Azərbaycan Respublikasının respublikadan kənardakı səfirliklərində, konsulluqlarında, gəmilərdə, dəniz qurğularında və s.
Məcəllə işəgötürənin öz evində əmək funksiyalarını yerinə yetirən işçilərə də şamil edilir.Изменен Трудовой Кодекс Азербайджана
Məcəllə aşağıdakılara şamil edilmir: hərbi qulluqçular məhkəmə hakimləri Azərbaycan Milli Məclisinin deputatları və bələdiyyəyə seçilmiş şəxslər xarici ölkənin hüquqi şəxsi ilə müqavilə bağlamış və Azərbaycanda fəaliyyət göstərən müəssisədə əmək funksiyalarını yerinə yetirən əcnəbilər komissiyanın tapşırığı ilə işləri yerinə yetirən insanlar və s.
Dəyişikliklər və düzəlişlər 2014-cü ilin payızında "Məşğulluq haqqında" Qanuna dəyişikliklər edilib. və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
2017-ci ildə Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçinin iş stajını da nəzərə almalıdır. Bundan əlavə, müqavilə qeyri-müəyyən müddətə və ya 5 il müddətinə bağlana bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində elektron informasiya sisteminin əsası qoyulub. Əmək müqaviləsinə edilən hər hansı dəyişiklik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında elektron informasiya sistemində qeydiyyata alınmalı və izlənməlidir.
2024-cü ilin avqust ayında məcəlləyə dəyişikliklər edilib və əmək müqaviləsinin elektron formasına keçidi başlanıb.İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Həmçinin bax Azərbaycanın sosial siyasəti Azərbaycanda əmək hüququ
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kateqoriya:Sosial müdafiə Kateqoriya:Azərbaycanda hüquq Kateqoriya:Əmək hüququ