III Şuşa Qlobal Media Forumu — 2025-ci il iyulun 19-dan 21-dək Şuşada keçirilən Xəbər Agentlikləri və Media Strukturlarının forumu. Forumda 52 ölkədən 30 informasiya agentliyini, 7 beynəlxalq təşkilatı, 80 media strukturunu təmsil edən 140 qonaq iştirak edib.Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

Ümumi məlumatlar Forumda olan mövzular:

"İnnovativ yanaşmalar: rəqəmsal əsrdə media savadlılığı" "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: media savadının cəlb edilməsi" "Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və medianın dayanıqlığının gücləndirilməsi" thumb|мини|III Şuşa Qlobal Media Forumu, iyul, 2025-ci il thumb|мини|Dmitri Qordon III Şuşa Qlobal Media Forumunda, iyul 2025

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Zəfər meydanındakı Konqres zalında mediaforum iştirakçıları ilə görüşüb. Foruma Euronews Yaxın Şərq Bürosunun rəhbəri Ceyn Uizerspun moderatorluq edirdi.

Forum iyulun 20-də açılıb. TRT World-də yayımlanan “The Newsmakers” verilişinin aparıcısı Andrea Sankenin moderatorluğu ilə "İnnovativ yanaşmalar: Rəqəmsal Çağda media savadlılığı” adlı müzakirə aparılıb.

Forumun yekun sessiyası iyulun 21-də keçirilib. TRT World kanalının aparıcısı Mariam Zaidinin moderatorluğu ilə keçirilən mövzu “Sosial medianın təkamülü ictimai güvənə necə təsir edir: Media savadlılığının tətbiqi” idi. Panel müzakirədə moderatorluğu beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor edib. O, "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" mövzusunda panel sessiyası keçirib.III Şuşa Qlobal Media Forumunda media savadlılığı müzakirə edildi

Forumda Euronews telekanalının rəhbəri, Euronews Baku-nun baş direktoru Fernando Soares, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alejandro Giboi, AnewZ, TRT World, ASC Kazkontent (Qazaxıstan), BlitzMetrics, TikTok, LinkedIn sosial şəbəkələrinin nümayəndələri, ukraynalı jurnalistlər Dmitri Qordon, Alesya Batsman, Yelena Kurbanova, Afrika İttifaqı İnkişaf Agentliyinin, Çin Media Korporasiyasının, Küveyt KUNA xəbər agentliyinin, KUNA xəbər agentliyinin redaktoru: Burada müzakirə olunan məsələlər media sahəsindəki müasir çağırışlara tam cavab verir Pakistanın DND xəbər agentliyinin nümayəndələri, beynəlxalq ekspertlər, hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Forumda süni intellekt texnologiyalarının media sferasında yayılması, süni intellektin jurnalistikaya, cəmiyyətə təsiri, informasiya istehlakına yanaşmalar, süni intellektin normativ-hüquqi bazası müzakirə olunub.

Forumda saxta xəbər problemləri, dezinformasiyaya qarşı mübarizə zərurəti, jurnalistika peşəsi ilə bloggerlik arasındakı sərhədlər də müzakirə olunub.

Forum iştirakçıları Ağdam, Xankəndi, Laçın, Xocalı, Füzuli şəhərlərində olublar.III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər

Qallereyası

İstinadlar

Xarici keçidlər III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib, İlham Əliyev görüşdə iştirak edib İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü "Euronews"da III Şuşa Qlobal Media Forumu haqqında material hazırlanıb

Kateqoriya:Azərbaycanın xarici siyasəti

Kateqoriya:2025-ci ildə Azərbaycan