Mahmud Ustaosmanoğlu və ya Mahmud Əfəndi (; ) — türk sufi, İsmayılağa Camaatlığının banisi və şeyxi.

Bioqrafiyası Mahmud Əfəndi olaraq tanınan Mahmud Ustaosmanoğlu, 1929-cu idə Of ilçəsinin Dovşanlı kəndində dünyaya gəlib.

İlk təhsilini ətraf kəndlərdəki din alimlərindən alıb. 16 yaşı olanda icazət alıb.

Gənc yaşlarında tələbə yetişdirib. 1951-ci ildə Sivasın Divriği ilçəsinə vaiz təyin edilib. Verdiyi xütbələrlə diqqətləri özünə cəlb edən Mahmud Ustaosmanoğlu, 1952-ci ildə mürşidi Axıskalı Əli Heydər Əfəndi ilə tanış olub.

Hərbi xidmətdən qayıdan Mahmud Ustaosmanoğlu şeyxi Əli Heydər Əfəndi tərəfindən İsmayılağa məscidində imamlıq etməsi üçün dəvət edilib. 1954-cü ildə həmin məsciddə imamlıq etməyə başlayıb.

1996-cı ildə 65 yaşı tamam olduğu üçün təqaüdə yollanıb.

Mahmud Ustaosmanoğlu, uzun müddət davam edən xəstəlikdən sonra 2022-ci ildə vəfat edib.

Onun ən tanınmış tələbələrindən biri Əhməd Mahmud Ünlüdür.

Mahmud Ustaosmanoğlu, 2010-cu ildə İstanbulda keçirilən Beynəlxalq İnsanlığa Xidmət Simpoziumunda "İslama Fövqalədə Xidmət Mükafatı"na layiq görülüb.

Əsərləri Qələmə aldığı bəzi əsərləri bunlardır: Ruhul-Furqan Təfsiri, Söhbətlər, Risaləi-Qudsiyyə, Ümrə Söhbətləri, Fatiha Təfsiri, Ayətəl-Kürsi və Amənər-Rəsulu Təfsiri, Qurani-Kərimin Fəzilətləri və Oxuma Ədəbi və s.

İstinadlar

Kateqoriya:Türkiyə sufiləri