Dicrurus annectens (Qarğa dimdikli dronqo) — "Dicruridae" fəsiləsinə aid bir quş növü.
Taksonomiya
"Dicrurus annectens" ilk dəfə 1836-cı ildə ingilis təbiətşünası Brayan Hofton Hocson tərəfindən təsvir edilmiş və "Bhuchanga annectans" binomial adı verilmişdir. Xüsusi epiteti latınca "birləşdirən" mənasını verən "annectens" sözünün yazılış səhvidir. Bu səhv "Beynəlxalq Zooloji Nomenklatura Komissiyası"nın qaydalarına uyğun olaraq düzəldilmiş və indiki elmi ad olan "Dicrurus annectens" təqdim edilmişdir. Hazırkı "Dicrurus" cinsi fransız ornitoloq Lui Pyer Vyeyo tərəfindən 1816-cı ildə təqdim edilmişdir.
Təsvir
Bu quş qara dronqoya bənzəyir, tamamilə qara rəngdədir və qalın bir dimdiyə malikdir. Çəngəlşəkilli quyruğu var.
Yayılması və yaşayış mühiti
Banqladeş, Butan, Bruney, Kamboca, Çin, Hindistan, İndoneziya, Laos, Malayziya, Myanma, Nepal, Filippin, Sinqapur, Tailand və Vyetnamda rast gəlinir. Təbii yaşayış mühiti subtropik və ya tropik rütubətli düzənlik meşələri və subtropik və ya tropik manqrov meşələridir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:Nepal quşları Kateqoriya:1836-cı ildə təsvir edilən quşlar Kateqoriya:Banqladeş quşları