Oqtay Ziya oğlu Əfəndiyev (; ) — Azərbaycan əsilli ukraynalı iş adamı, xeyriyyəçi, ictimai xadim, "Niva" Peşəkar Futbol Klubunun (укр. Кудрівка-Нива) prezindeti. Onun rəhbərliyi altında bu Klub Kiyev vilayətinin çempionu və 2022/2023 İkinci Liqasının qalibi olmuşdur.
Həyatı 27 fevral 1966-cı ildə Azərbaycan SSR Qax rayonunun Qax kəndində anadan olub.
Kiyev Texnoloji Yüngül Sənaye İnstitutunu mühəndis və texnologiya ixtisası üzrə bitirib.
1984–1986-cı illərdə Sovet Ordusunda xidmət edib.
1994-cü ildə Kiyevdə tarixi binaların yenidən qurulması ilə məşğul olan "Поділ Реставрація" şirkətini qurub və hazırda şirkət bərpa, tikinti, lizinq və dizayn işləri ilə məşğuldur.
2000–2006-cı illərdə Ukrayna Azərbaycanlıları Konqresinə rəhbərlik edib. O, uzun müddət Ukrayna Prezidenti yanında Milli Azlıqlar Şurasının üzvü olub.
2008-ci ildə "Gələcəkdə Qələbə" ("Віра в майбутнє") xeyriyyə fondunu təsis edib, hansı ki, uşaq evlərinin, xəstəxanaların tikintisində iştirak edib, çətin vəziyyətdə olan insanlara yardım göstərib.
2019-cu ildə o, "Niva" PFK-un prezidenti təyin olunub. Onun rəhbərliyi altında Klub 2020-ci ildə Kiyev-Svyatoşinski Rayon Kubokunun, 2021-ci ildə Kiyev Region Kubokunun, 2022/2023 Ukrayna İkinci Futbol Liqasının, 2023-cü ilin qışında isə Makarov Memorial turnirinin qalibi olub.
Rusiyanın Ukraynaya silahlı basqını başlaması ilə "Niva" PFK üzvləri ilə birlikdə o, Kiyevin düşmən nəzarətinə keçmiş ətraf rayonlardan insanların təxliyyəsinə iştirak edib, müharibə nəticəsində dağılmış və sonra bərpa edilən təhsil müəssisələrini yeni avadanlıq və dərsliklərlə təmin edib, Ukrayna Ordusuna Yardım Fonunda milyonlarla qrivna ianə edib.
Mükafatları "Şöhrət" ordeni — 13.03.2006 Kiyevin fəxri vətəndaşı (27 fevral 2006) — Kiyev və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə
İstinadlar
Kateqoriya:Ukraynanın iş adamları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər