Rəcəb Əhməd oğlu Orucov — Azərbaycan kənd təsərrüfatı mütəxəssisi, aqrar sahə üzrə ekspert, Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri, Hal Hazırda “Qarabağ Toxum” MMC, “Qarabağ Taxıl” MMC, "Muğan Aqroservis'' MMC-nin direktoru və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Koordinasiya Şurasının sədr müavinidir.
Həyatı və fəaliyyəti Rəcəb Orucov uzun illər Azərbaycan kənd təsərrüfatı sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, aqrar sahənin inkişafı istiqamətində layihələrin həyata keçirilməsində iştirak etmişdir. O, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışdığı dövrdə regionun aqrar potensialının artırılması, müasir texnologiyaların tətbiqi və suvarma sistemlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərmişdir.
Nazirlik fəaliyyətindən sonra Rəcəb Orucov bir sıra aqrar müəssisələrdə rəhbər vəzifələrdə çalışmış, o cümlədən “Qarabağ Taxıl”, “Qarabağ Toxum” və “Muğan Aqroservis” MMC-lərinə rəhbərlik etmişdir.
Elmi və ictimai fəaliyyəti Rəcəb Orucov kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, milli kadrların hazırlanması və aqrar elmin inkişafı məsələləri ilə bağlı çıxışlar etmiş, müxtəlif konfrans və müşavirələrdə təkliflər irəli sürmüşdür. O, Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Koordinasiya Şurasının sədr müavini seçilmişdir.
“Qarabağ Taxıl”, “Qarabağ Toxum” və “Muğan Aqroservis” MMC-ləri 2012-ci ildə yaradılmış “Qarabağ Taxıl” MMC ölkədə ilk özəl iri taxılçılıq təsərrüfatlarından biri olmuşdur. Rəcəb Orucovun rəhbərliyi dövründə müəssisə Ağcabədi və Beyləqan rayonları ərazilərində 4800 hektarlıq sahədə fəaliyyət göstərmiş, burada müasir suvarma sistemləri, anbar və emal kompleksləri qurulmuşdur. 2013-cü ildə təsərrüfatda hektardan 55,6 sentner məhsuldarlıqla rekord göstərici əldə olunmuşdur.
Sonrakı illərdə o, “Qarabağ Toxum” MMC-yə rəhbərlik etmiş və kənd təsərrüfatında innovativ texnologiyaların, yeni sortların və gübrə növlərinin tətbiqinə xüsusi önəm vermişdir.
Rəcəb Orucov İmişli rayonu ərazisində fəaliyyət göstərən “Muğan Aqroservis” MMC-nində direktorudur. Müəssisə 572 hektar sahədə fəaliyyət göstərir və əsasən yüksək keyfiyyətli taxıl toxumçuluğu ilə məşğuldur. Burada yerli və xarici (Fransa, İtaliya mənşəli) buğda və arpa sortlarından toxum istehsal olunur. Təsərrüfatda 1200 tondan artıq birinci və ikinci reproduksiyalı toxum materialı istehsal edilərək ölkə üzrə torpaq mülkiyyətçilərinə satılmışdır.
Fəxri ad və mükafatlar Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Rəcəb Əhməd oğlu Orucov kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunmuşdur.
Mənbələr Bakı Xəbər – "Rəcəb Orucov: Azərbaycanın aqrar siyasəti yeni mərhələdədir" Prezident.az – İlham Əliyev Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir Prezident.az – “Aqrar sahədə fəaliyyət göstərən şəxslərin təltif edilməsi haqqında Sərəncam” Musavat.com – “Qarabağ Taxıl” mediaya hesabat verdi: “Biz bunu bacardıq” AİA.az – “Muğan Aqroservis” MMC: taxıl toxumçuluğunun inkişafı xüsusi diqqət mərkəzindədir” Milletinsesi.info – “Rəcəb Orucov: Aqrar sektorun davamlı inkişafı üçün kompleks tədbirlər həyata keçirilir” AZƏRTAC – “Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində Koordinasiya Şurasının ilk iclası keçirilib”