Ceyms Brendan Patterson (, 22 mart 1947-ci il təvəllüdlü) — Amerikalı yazıçı.

Erkən həyatı

Ceyms Patterson 22 mart 1947-ci ildə Nyu-Yorkun Nyuberq şəhərində, evdar qadın və müəllim olan İzabel (qızlıq soyadı Morris) və sığorta makleri Çarlz Patersonun ailəsində anadan olub. Ailə fəhlə sinfinə mənsub idi və İrland əsillidir. Paterson "Manhetten Universiteti"ndən ingilis dili üzrə bakalavr və Vanderbilt Universitetindən ingilis dili üzrə magistr dərəcəsini almışdır.

Karyera

Patterson "Vanderbilt"də doktorantura namizədi olarkən "J. Walter Thompson"da reklam meneceri vəzifəsinə qəbul edildi. Patterson 1996-cı ildə reklam işindən təqaüdə çıxdıqdan sonra bütün vaxtını yazıya həsr etdi. Paterson daha sonra bildirib ki, onun ən böyük təsiri, yəqin ki, Evan S. Konnelin 1959-cu ildəki ilk romanı "Mrs. Bridge" olub. 1976-cı ildə Patterson ilk romanı "The Thomas Berryman Number"ı nəşr etdi. "Vaşinqton D.C. Metropoliten Polisi" və Federal Təhqiqat Bürosunda işləmiş, hazırda xüsusi psixoloq və hökumət məsləhətçisi kimi çalışan Aleks Kross personajını əks etdirən romanlar onun ən populyar və 2010-cu illərin ən çox satılan ABŞ detektiv seriyasıdır. Paterson 1976-cı ildən bəri 200-dən çox roman yazıb. Petersonun 114-dən çox "The New York Times" ən çox satan romanı olub və o, tək bir müəllif tərəfindən ən çox #1 "New York Times" bestselleri - 67 - rekordunu tutur ki, bu da həm də "Ginnes Dünya Rekordu"dur. Onun romanları ABŞ-da satılan hər 17 sərt üzlü romanın təxminən 6%-ni təşkil edir. 2010-cu ilin məlumatına görə, Patersonun romanları son illərdə Stiven Kinq, Con Qrişem və Den Braun birlikdə satılan nüsxələrindən, daha çox satılıb. Onun kitabları dünya üzrə təxminən 305 milyon nüsxədə satılıb. 2008-ci ildə Patterson, Böyük Britaniya kitabxanalarında ən çox borc alınan müəllif kimi Jaklin Vilsonu əvəz etdi. O, bu vəzifəni ən azı 2013-cü ilə qədər saxladı. 2018-ci ildə Paterson, "James Patterson's Murder Is Forever" adlı həqiqi cinayət televiziya serialı üzərində "Stiven David Entertainment" ilə işlədi.

İstinadlar

Xarici keçidlər

James Patterson at the Internet Book List

Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:22 martda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:Vanderbilt Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Vanderbilt Universitetinin məzunları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar