1986 Toronto Indoor ("Corel North American Indoor" sponsor adı ilə də tanınır) — Kanadanın Toronto şəhərində qapalı xalça örtüklü kortlarda keçirilən kişilər arasında tennis turniri. Yarış 1986-cı il Nabisco Qran Prisinin bir hissəsi idi. 3 fevraldan 9 fevrala qədər davam edən turnir ikinci il idi ki keçirilirdi, Şəxsi yarışlarda Yoakim Nüström qalib oldu.

Final mərhələ

Şəxsi Yoakim Nüström finalda Milan Şreyberi üstələdi, 6–1, 6–4

Bu, Nüströmün il ərzində şəxsi yarışlarda ilk çempionluğu idi, ümumi karyerası üzrə isə 8-ci

Qoşa Voytek Fibak / Yoakim Nüström birlikdə Kristo Steyn / Dani Visser cütlüyünə qalib gəldi, 6–3, 7–6

İstinadlar

Kateqoriya:Toronto Indoor