Askari Bank ASC () — Pakistanda yerləşən kommersiya və pərakəndə bankdır. Baş ofisi İslamabad şəhərində yerləşir. Bank Fauji Gübür Şirkətinin törəməsidir və Fauji Fondunun tərkibinə daxildir.

Tarixi Askari Bank 1991-ci ilin oktyabrında Askari Commercial Bank adı ilə yaradılıb və bir il sonra Karaçi Fond Birjasında listinqə daxil edilib.

2006-cı ilin noyabrında bank tamamilə ona məxsus olan törəmə şirkət – Askari Investment Management Limitedi təsis edib.

2013-cü ilin iyununda Askari Bank Fauji Fondu tərəfindən Ordunun rifah fondundan satın alınıb.

2017-ci ilin yanvarında Askari Bank törəmə şirkəti olan Askari Investment Management*in səhmlərini Pak Oman Asset Management şirkətinə 551 milyon Pakistan rupisinə satıb.

2020-ci ilin sentyabrında Askari Bank Askari Securities şirkətini tamamilə əldə edib və onu 100%-lik törəmə şirkətinə çevirib.

Filiallar Askari Bankın ölkə üzrə 600-dən çox filialı və 500-dən çox bankomatı mövcuddur. Bundan əlavə, bankın Bəhreyndə topdan bankçılıq filialı fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Banklar