Əbül-Həsənət Məhəmməd Əbdülhəyy ibn Məhəmməd ibn Əbdilhəlim ibn Məhəmməd Əminillah əs-Səhələvi əl-Ləknəvi (; ) — Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis.

Bioqrafiyası Əbu Əyyub əl-Ənsarinin nəslindən olduğuna görə nisbəsi "Ənsari"dir. Atası fiqh, hədis və əqli elmlərə aid 30-dan çox əsər qələmə almış alim idi.

Ləknəvi, on yaşı olanda Quranı əzbərləmiş və atasından digər elmləri öyrənmişdir. Farsca bəlağət və xəttatlıq dərsləri və Heydərabadda Nizamiyyə mədrəsində iki il təhsil almışdır. Atası ilə birlikdə həccə getmişdir (1863). Həccdən qayıtdıqdan sonra Heydərabadda tədris və müəlliflik həyatına davam etmişdir. Atası qazılıq və Ədalətün-Nizamiyyədəki vəzifələrini yerinə yetirərkən vəfat etdiyindən, atasının vəzifələri ona təklif olunmuşdur. Təklifi rədd edərək, doğulduğu yerə qayıtmış və əmisinin qızı ilə evləmişdir.

Ləknəvi ikinci dəfə getdiyi həcc ziyarətində Məkkə və Mədinədə Əhməd ibn Zeyni Dəhlən, İbn Humeyd, Məhəmməd ibn Məhəmməd əl-Ərəb əl-Məğribi, Əbdülqəni ibn Əbu Səid əl-Öməri əl-Mücəddidi və Əli əl-Həriri əl-Mədənidən bəzi əsərlərin rəvayət icazətini (hüququ) əldə etmişdir. Atasının dayısı Məhəmməd Nemətullah əl-Ənsaridən riyaziyyat və əqli elmləri öyrənmişdir. Məhəmməd əl-Müzəffərpuridən farsca, riyaziyyat, Həmidəddin Fərahidən fiqh öyrənmiş və Zahir Əhsən ən-Nəməvi, Məhəmməd Əbdülbəqi əl-Ləknəvi, İdris ibn Əbdüləli ən-Nəkrəmi kimi bir çox tələbə yetişdirmişdir.

Ləknəvi, hicri 1304-cü (1886) ildə vəfat etmişdir.

O, qələmə aldığı bioqrafiyasında, onda sadiq yuxu görmə xüsusiyyətinə malik olduğunu, baş verəcək hadisələr haqqında yuxu vasitəsilə məlumatlandırıldığını, yuxu yolu ilə səhabə və tabiinlərlə görüşərək onların biliklərindən bəhrələndiyini iddia etmişdir.

Görüşləri Mənbələrə görə, üsul və füruda söz sahibi olan Ləknəvi, dəlillər vasitəsilə höküm vermək də olduqca mahir idi. Hənəfi olmasına rəğmən, məzhəbin görüşlərinə zidd olan bir dəlil aşkarladıqda məzhəbin görüşünü qəbul etməzdi. Hədis və fiqhlə yanaşı, təfsir, tarix, ənsab, ədəbiyyat, fəlsəfə və məntiqlə də maraqlanan Ləknəvi, ingilis işğalının intensiv olaraq davam etdiyi bir dövrdə İslamın funtamental prinsiplərinə sadiqliyə önəm vermişdir. Bu da insanların ona olan inamını artırmış və Seyyid Əhməd Xan öndərliyində davam edən ingilis tərəfdarlığının azalmasında mühüm rol oynamışdır.

Əsərləri Ləknəvi, hədis, fiqh, tarix, təbəqat və digər sahələrə aid 120-yə yaxın tədqiqat və əsər qələmə almışdır. Onlardan bəziləri bunlardır:

Ət-Təliqul-müməccəd alə Muvattail-İmam Məhəmməd. "Muvatta"nın Məhəmməd əş-Şeybani rəvayətinin şərhi. Ət-Təhqiqul-əcib fit-təsvib (Ləknəv, 1874). Həsrətül-aləm bi-vəfati-mərciil-aləm. Atasının həyatı haqqında qələmə aldığı əsər. Əl-İfadətül-xatirə fi məbhəsi nisbəti-sübui-ərazin şairə (Dehli, h.q. 1326).

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər