Bələdiyyələrlə iş baş idarəsi — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan, bələdiyyələrin fəaliyyətinə inzibati nəzaarətin həyata keçirilməsi və onlara metodoloji yardım göstərilməsi, bu istiqamətdə regional ədliyyə idarələrinin fəaliyyətinin əlaqələndirilməsi funksiyalarını icra edən baş idarə səlahiyyətli struktur bölməsi

Ümumi məlumatlar Baş idarənin mərkəzi ofisi Bakı şəhərində yerləşir, ünvan: Bakı, Yasamal rayonu, AZ1065, İnşaatçılar prospekti, 5, tel.: (+994 12) 538-68-42, faks: (+994 12) 539-05-44, e-poçt: [email protected], veb-sayt: belediyye.gov.az.

Baş idarə regional ədliyyə idarələri vasitəsilə bütün Azərbaycan ərazisinə xidmət göstərir.

Tarixi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində "Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi" 1999-cu ildə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli 162 №-li Fərmanının 1-ci hissəsinin, habelə 3.3-cü və 3.5-ci bəndlərinin icrası qaydasında, 8 fevral 2000-ci il tarixli 333 №-li Fərmanla yaradılmışdır.

12 iyul 2000-ci il tarixli 364 nömrəli Fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi haqqında" Əsasnamə təsdiq edilmişdir. Bu sənədə əsasən Mərkəzin yaradılması Azərbaycanın yerli özünüidarəetmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi daşıyıb.

24 avqust 2002-ci il tarixli 758 №-li Prezident Fərmanının 4-cü bəndi ilə mərkəzin NAR üzrə səlahiyyətləri yeni yaradılmış "Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi"nə ötürülmüşdür.

12 aprel 2004-cü il tarixli 15-T №-li Ədliyyə Nazirinin Əmri ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat” təsdiq edilmiş və bələdiyyələrlər iş bu sənəd əsasənda təşkil edilmişdır.

29 dekabr 2004-cü il tarxli 173 №-li Prezident Fərmanının 21-ci bəndi ilə qurumun adı dəyişdirilərək, "Bələdiyyələrlə İş Mərkəzi" adlandırılmışdır. Bu dəyişiklik mərkəzin funksiyalarının genişlənməsi, Ədliyyə Nazirliyinin və Mərkəzin strukturunun təkmilləşdirilməsi ilə bağlı olmuşdur.

19 aprel 2005-ci il tarixli 893-IIQR №-li Qərarla Milli Məclis ilk dəfə bu qurumun məruzəsini nəzərə alıb.

26 may 2006-cı il tarixli 1482 №-li Prezident Sərəncamı ilə Bələdiyyələrlə İş Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının tərkibinə daxil edilib.

17 avqust 2006-cı il tarixli 446 №-li Prezident Fərmanı ilə Ədliyyə Nazirlyinin strukturu təsdiq olunduqda bu qurumun adı sttukrutun 2-ci blməsində bu cür qeyd ounmuşdur: "Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)". Beləliklə qurum baş idarə səlahiyyətinə malik olub.

17 avqust 2006-cı il tarixli 448 №-li Prezident Fərmanı ilə qurumun ilk Əsasnaməsi ləğv edilmişdır. Belə ki, yeni qanunvericiliyə görə bu əsasnamələrin qəbul edilməsi səlahiyyəti Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

19 mart 2012-ci il tarixli 1 №-li Ədliyyə Nazirliyinin Kollegiya Qərarı ilə də “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat” yeni redaksiyada təsdiq olnumuşdur.

3 may 2017-ci il tarixli 1361 №-li Prezident Fərmanı ilə təsqiq edilmiş Siyahının 65-ci bəndi ilə Bələdiyyələrlə iş Mərkəzinin rəhbərlinə və bəzi əməkdaşlarına inzibati xəta üzrə protokol təqtib etmə səlahiyyəti verilmişdir.

27 fevral 2020-ci il tarixli 1859 №-li Prezindet Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 7.4-ci bəndinə əsasən bu Mərkəzin operatorluğu ilə "Bələdiyyələrlə iş" portalının yaradılması həyata keçirilmişdir.

21 noyabr 2020-ci il tarixli 20-N №-li Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat” tədiq edilmiş, bununa da qurum COVID-19 pandemiyası dövründə bələdiyyələrə dəstək mexanizmlərinin yaradılmasına töhfə vermişdir.

4 iyun 2024-cü il tarixli 84 №-li Prezident Fərmanı ilə qurumun adı "Bələdiyyələrlə iş baş idarəsi" olaraq dəyişdirilmişdir. Bu zaman Baş idarə Azərbaycanın sosial-iqtisadi inkişafı vıə hüquqi bazasının möhkəmlənməsi nəticəsində fəaliyyət dairəsini genişləndirmişdir.

15 yanvar 2025-ci il tarixli 284 №-li Prezident Fərmanı ilə qurumun operatorluğunda olan "Bələdiyyələrlə iş Portalı" yeni texnologiyalara uyğunlaşdırılaraq “Bələdiyyələrlə iş” informasiya sistemi" adlarındırılmış, onun funksionallığı genişləndirilmişdir.

Səlahiyyətləri Azərbaycan Respublikaıs ədliyyə nazirinin əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi haqqında" Əsasnaməyə əsasən:

"3.1. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:"

bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsinə kömək etmək və onlara metodoloji yardım göstərmək; bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb 2 və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək; bələdiyyələrin fəaliyyətində yol verilmiş qanunvericiliyin pozulması hallarının səbəb və şəraitinin öyrənilməsi və onların gələcəkdə qarşısının alınması məqsədi ilə müvafiq təhlil və ümumiləşdirmələr aparmaq; bələdiyyələrin fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, o cümlədən aktual məsələlər barədə qanunvericiliyin izahı məqsədi ilə tövsiyələr və metodik vəsaitlər hazırlamaq; bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi işində regional ədliyyə idarələrinə metodiki rəhbərlik etmək və bu istiqamətdə işin aparılmasına nəzarət etmək, o cümlədən bu fəaliyyətdə müvafiq elektron informasiya resurslarının imkanlarından istifadə etmək, habelə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə bələdiyyələrlə iş üzrə metodiki köməklik etmək; bələdiyyə üzvləri və qulluqçuları arasında hüququn ayrı-ayrı sahələrinə dair hüquqi maarifləndirmə tədbirləri keçirməklə onların hüquqi biliklərinin artırılmasına kömək etmək; yerli özünüidarəetmə ilə bağlı qanunvericilik aktları barədə bələdiyyələri məlumatlandırmaq; bələdiyyə üzvlərinin və qulluqçularının sorğularına və vətəndaşların müraciətlərinə cavab vermək; inkişaf etmiş ölkələrin bələdiyyə fəaliyyətinə dair təcrübəsini öyrənmək, mütərəqqi təcrübəni tətbiq etmək məqsədi ilə qarşılıqlı əlaqələrin qurulmasında bələdiyyələrə kömək göstərmək; Baş idarədə kargüzarlıq və arxiv işini təşkil etmək; bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə hazırlamaq; fəaliyyət istiqamətləri üzrə və Nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

"4.1. Baş idarə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:"

struktur qurumlara, dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə müraciət etmək, onlara sorğular vermək və məlumatlar almaq; regional ədliyyə idarələrinin ərazi yurisdiksiyası üzrə bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, inzibati nəzarətin həyata keçirilməsi işinin təşkilini öyrənmək və bu sahədə təkliflər vermək; daxil olan müraciətlər araşdırılarkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq; bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparmaq, onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim etmək; İnzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Əsasnamənin 3.1.2-ci yarımbəndində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və qanunvericiliklə müəyyən olunmuş müddət ərzində həmin təklif bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək; hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, dərhal həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunvericiliklə müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək; müvafiq qanunvericiliyin tələbləri pozulduqda yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan məhkəməyə şikayət vermək; bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında həmin orqanın informasiya sistemində yerləşdirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmə məsələsinin həlli üçün məhkəməyə müraciət etmək; İnzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunazidd fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, dövlət qeydiyyatına alınmamış normativ xarakterli aktın tətbiqi halları aşkar olunduqda həmin aktın tətbiqinin dayandırılması və qeydiyyata alınması barədə bələdiyyələrə müraciət etmək; Aşkar olunan dövlət qeydiyyatına alınmamış normativ xarakterli aktın tətbiqi halları ilə bağlı eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Nazirliyin Qanunvericilik baş idarəsinə məlumat vermək; bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduqda müvafiq tədbir görülməsi üçün səlahiyyətli dövlət orqanlarına (qurumlarına) müraciət etmək; bələdiyyələrə kömək məqsədilə bələdiyyə assosiasiyaları, dövlət və qeyri-dövlət təşkilatları ilə birgə layihələr hazırlamaq və həyata keçirmək; yerli özünüidarəetmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi təşkil etmək; bələdiyyələrlə iş üzrə beynəlxalq əməkdaşlıq məsələlərinə dair təkliflər vermək; bələdiyyələrin kadr potensialının təkmilləşdirilməsi işində iştirak etmək; müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

Strukturu və fəaliyyəti Baş idarə öz fəaliyyətini Ədliyyə Nazirliyinin regional ədliyyə idarələri ilə əlaqəli şəkildə qurur.

Baş idarə birbaşçılıq prinsipi əsasında təşkil olunmaqla, onun strukturu və ştat sayı Ədliyyə Naziri tərəfindən təsdiq edilir; Baş idarəyə rəis rəhbərlik edir.