Amitabha və ya Amita Budda (, , ) — Mahayana buddizminin buddalarından biri. O, xüsusilə amidaizm məktəbində böyük hörmətlə yad edilir. O, Qərb istiqamətini simvolizə edir və məhz orada onun Təmiz torpağı Sukhavatidə yerləşir.
İnamlara görə Amitabha bir çox uca keyfiyyətlərə malikdir. O, varlığın ümumbəşəri qanununu — dharmanı Qərb cənnətində izah edir, mənşəyindən, sosial vəziyyətindən və əxlaqi səviyyəsindən asılı olmayaraq ona səmimi şəkildə müraciət edən bütün varlıqları öz himayəsinə qəbul edir. Amitabhanın mərhəməti haqqında bu təlim — ona inananların xilasına dair doktrina amidaizmin əsas sütununu təşkil etmişdir.
Adlandırması "Amita Budda" Çin buddizmində "Emito Fo" (), Yaponiya ənənəsində Amida Nyoray (), Vyetnam ənənəsində Azida Fat ( və ya A-di-đà Phật), Tibet ənənəsində Opame, buryat-monqol ənənəsində isə Abida-burxan və ya Ayuuş-burxan adı ilə tanınmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Təmiz torpaq buddizmi
Kateqoriya:Çin mifologiyası