right|thumb|200x200px|Şanırak çıraqban Şanıraq, şanırak, sağırak, tündük, tüynük (, , bur. və , , , ) alaçığın günbəzini taclandıran, haşiyənin içərisinə həkk olunmuş qəfəs xaça bənzəyən, günbəzin yan ətəklərini (uyklar) tarıma çəkərək, yerində tutmaq, günəş işığının alaçığa daxil olmasını və tüstünün çıxmasını təmine dən konstruksiya elementi.Бес жүз бес сөз.— Алматы: Рауан, 1994 жыл. ISBN 5-625-02459-6

Quruluşu Şanıraq ortasında ip toxuma qabarıq qəfəs olan taxta çarxdan ibarətdir. Taxra çarxın çevrəsi boyunca dam örtüyünün dirəklərinin geydirilməsi üçün nəzərdə tutulmuş “uuk” adlanan deşiklər qoyulur.

Şanırak bir neçə hissədən ibarətdir:

Toğın - şanırağın əsasını təşkil edərək, sərt ağacdan çarx şəklində (dairəvi) hazırlanıb və bəzədilir; Küldreuiş - Samba ağacını əyməklə hazırlanır və şanırağın hər qolunda 3-dən 8-ə qədər küldreuiş bərkidilir; Bərkitməci - bunlar küldreuişlərin dağılmaması üçün quraşdırılaraq, bəzədilir; Şanırakın gözü - uykun qələmi ora taxılır; toğın və bərkidici şanırağın içərisindən bəzədilir.Шаңырақ : Үй-тұрмыстық энциклопедиясы. Алматы : Қаз.Сов.энцикл.Бас ред., 1990 ISBN 5-89800-008-9

Adət-ənənə Qazaxların adətincə şanıraq nəsil yadigarları, nəslin davamının əlaməti kimi qiymətləndirillir. Onu heç vaxt çevirmək və ya yerə salmaq olmaz. Qazaxlarda şanırağ miras kimi almış vərəsə-oğul “şanıraq yiyəsi” deyilir.

Türk xalqlarında şanıraqla bağlı bir çox ayinlər, inanclar, deyimlər və s. var. Misal üçün, özgə alaçığında özünü düzgün apara bilməyənə “sandırağa baxıb, söylə” (şanırağa bax - danış) deyərmişlər. Üzərinə qan ləkəsi düşmüş şanırağı parçalayıb, yandırarmışlar. Əks halda dünşünərmişlər ki, pis ruhlar alaçığı tərk etməyəcək.Қазақтың киіз үйі / Сайын Назарбекұлы. - Астана : Елорда, 2005. - 93 б. : ISBN 9965-06-399-0

Dövlət rəmzlərində Şanıraq Qırğızıstanın və Qazaxıstanın dövlət bayraqlarında, habelə Monqolustanda əhalisinin böyük əksəriyyəti qazaxların təşkil etdiyi Bayan-Ulqiy vilayətinin gerblərində, Qırğıstanın Oş vilayətinin gerbində, Cəlalabad vilayətinin bayrağında, həmçinin 2005-ci ildən Rusiyanın Tıva Respublikasının Kızıl şəhərinin gerbində təsvir edilmişdir.

İstinadlar

Kateqoriya:İşıqlandırma