– Tatsuki Fucimoto tərəfindən yaradılmış "Chainsaw Man" manqa seriyasının protaqonisti. O, sinəsindəki ipi çəkərək kimi tanınan iblis-insan hibridinə çevrilmək bacarığına malikdir. Bu gücü Poçita adlı itəoxşar Mişar iblisinin onunla birləşməsi və onun ürəyi olması sayəsində əldə etmişdir. O, İctimai Təhlükəsizlik Bürosunun iblis ovçsuna çevrilir və Tokioda 4-cü Xüsusi Diviziyanın lideri Makima tərəfindən Silah iblisini tapıb öldürməklə vəzifələndirilir.

Denci manqa seriyasının ilk hissəsi olan İctimai Təhlükəsizlik arkının əsas protaqonisti və manqa seriyasının ikinci hissəsi olan Məktəb arkının iki protaqonistindən (Asa Mitaka ilə) biridir. Denci tənqidçilər tərəfindən xeyli bəyənilmiş, personajın şonen manqası personajlarına xas olmayan sadə məqsədlərə malik olması faktı vurğulanmışdır. Anime adaptasiyasında Denci Kikunosuke Toya tərəfindən səsləndirilmişdir.

Yaradılma thumb|left|220px|Tatsuki Fucimotonun ilkin Denci dizaynları. Tatsuki Fucimoto Dencini yaradarkən əvvəlki əsəri olan "Fire Punch" manqa seriyasının əsas protaqonisti Aqniyə nisbətən daha emosional personaj yaratmaq istəmişdir. O, Dencini yazarkən öz şəxsiyyətini də əlavə etməyin ən yaxşısı olduğunu düşünmüşdür. Fucimoto Mişar-adamı ilk dəfə yaradanda sinəsindəki ipi çəkərək başından mişar çıxaran əsas protaqonist ideyasını fikirləşmişdir. Fucimoto daha sonra buradan hekayəni və Dencinin şəxsiyyətini formalaşdırmışdır. Fucimotonun redaktoru Dencini hekayənin protaqonisti kimi təqdim etmək barəsində tərəddüd etmişdir, çünki mişarla döyüşən personajın oxucular tərəfindən yanlışlıqla antoqonist hesab oluna biləcəyini düşünmüşdür. Lakin o və Fucimoto bu yanlış anlaşılma ətrafında işləmişlər. Denci və Poçita arasındakı münasibətlərin dinamikası "Macəra zamanı" serialı personajları İnsan Finn və İt Ceykdən təsirlənərək yazılmışdır. Belə ki, Fucimoto həmin seriyanın fanatı idi. Denci ilə Makima arasındakı final döyüşü "Kizumonogatari" romanında Koyomi Araraqi ilə Şinobu Oşino arasındakı döyüşə əsaslanmışdır.

"Hell's Paradise" manqa seriyasının yaradıcısı və Fucimotonun köməkçisi olmuş Yuci Kaku Fucimoto ilə Denci arasındakı oxşarlıqlara diqqət çəkmişdir: "Fucimoto bir çox dəfə eynən Denci kimi danışır". Denci Kakunun manqa seriyasındakı sevimli personajı olmuşdur.

Səsləndirmə Anime adaptasiyasında Dencini səsləndirmək üçün Kikunosuke Toya seçilmişdir. Toya bu rol üçün seçildiyi üçün sevindiyi bildirmişdir. Studiyadakı ilk dinləmə zamanı rejissor ona gördüyü işi animeyə bənzətməməsini söyləmişdir. Toya ilkin dinləmələrdə yaxşı performans sərgiləmədiyini düşünsə də, sonda rol üçün seçilmişdir. O, müsahibəsində öncəki gecə ssenarini oxuyarkən gərgin hiss etdiyini bildirmişdir. Lakin istehsalçı komanda ona dəstək olmuş və rahat davranmasını təmin etmişdir.

Hekayə

I hissə – İctimai Təhlükəsizlik arkı Denci yoxsulluqla mübarizə aparan, ölmüş atasının yakuzaya olan borcunu ödəmək üçün iblis ovçusu kimi işləyən gənc oğlandır. İblisləri ovlamaq üçün itəxoşar iblis olan Poçitanın köməyindən yararlanır. Lakin Denci yakuzanın xəyanətinə uğrayır və Zombi iblisi tərəfindən öldürülür. Poçita Denci ilə müqavilə bağlayaraq onun həyatını xilas edir və özünü fəda edərək ona güclərini verir. Mişar-adama çevrilən Denci Zombi iblisini və yakuzaları öldürür. Tezliklə hökumət tərəfindən dəstəklənən və iblis ovçularının işlədiyi İctimai Təhlükəsizlik Bürosu Dencini tapır. Təşkilatın rəhbəri Makima ona mehriban davranır və onu təşkilata dəvət edir. Təkliflə razılaşan Denci Qadın macini olan Paverlə və iblis ovçusu Aki Hayakava ilə komanda yoldaşı olur. Makima insanlıq tarixində ən böyük qətlimanın səbəbkarı olmuş Silah iblisini öldürdüyü halda Dencinin istədiyi hər hansı bir şeyi gerçəkləşdirməyi vəd edir.

Yakuza üzvləri Katana-adam və Akane Savatarinin hücumundan sonra Denci və Paver usta iblisi ovçusu Kişibenin rəhbərliyi altında məşqlər keçirlər. Büro Katana-adama qarşı əks-hücuma keçir, onu yaxalayır, Akane isə öldürülür. Bir müddət sonra Denci Reze adlı gənc qızla romantik münasibətlər qurur, lakin Reze əslində SSRİ tərəfindən onu yaxalamaq üçün göndərilmiş Bomba iblisidir. Makima Rezeni ələ keçirməyi bacarır. Denci ilə Reze arasındakı döyüşdən sonra bütün dünya Mişar-adamın varlığından xəbərdar olur və beynəlxalq sui-qəsdçilər onu ovlamaq üçün Yaponiyaya gəlirlər. Osminoq iblisi ilə müqaviləsi olan iblis ovçusu Hirofumi Yoşida Dencinin mühafizəçisi olur. Çindən olan sui-qəsdçi Kvanşi hücum etsə də, uğursuz olur. SSRİ-dən olan sui-qəsdçi Santa Klaus Kukla iblisinin güclərindən istifadə edərək böyük hücum təşkil edir və hər kəsi Cəhənnəmə göndərir. Orada onlara hücum edən Qaranlıq iblisini Makima məğlub edir. Makima Kvanşi və Santa Klausu öldürərək Denci və digərlərini Cəhənnəmdən xilas edir. Denci sağalandan sonra Makimadan öyrənir ki, Silah iblisi əslində geosiyasi mülkə çevrilib, hər ölkə onun müəyyən parçasına nəzarət edir. Makima demək olar ki, Silah iblisini məğlub edir, lakin Aki ölür və bədəni Silah iblisi tərəfindən ələ keçirilir. Denci Silah macininin hücumuna məruz qalır və onu öldürməyə məcbur olur. Akini öldürdüyü üçün özünü pis hiss edən Denci Makimanın evinə gedir, lakin Makima qəflətən Paveri öldürərək ona xəyanət edir. Makima Dencinin itkilərinin əsas səbəbkarı olduğunu açıqlayır və Mişar iblisini ələ keçirmək üçün onun normal həyatını məhv etmək istədiyini bildirir. Makimanın əslində Kontrol iblisi olduğu üzə çıxır.

thumb|Mişar-adam kospleyi (2025). Poçita Dencinin bədənini elə keçirərək əsl simasına bürünür və qaçır. Makima əsl məqsədlərini açıqlayır: o, Mişar iblisinin gücündən istifadə edərək bəzi konsepsiyaları məhv etmək, hər kəsin bərabər olduğu, heç kimin əzab çəkmədiyi dünya yaratmaq istəyir. Bunun üçün hökumətlə ölümsüzlük barəsində müqavilə də bağlayıb. Dencinin qanından dirilən Paver özünü fəda edərək Dencinin həyatını xilas edir. Makima ilə döyüşən Denci Paverin qanından hazırlanmış zəncirli mişardan istifadə edərək onu öldürür və onun ölümsüzlüyünü dayandırmaq üçün onu bişirib yeyir. Daha sonra Kişibe Kontrol iblisinin Nayuta adlı kiçik qız kimi bir daha doğulduğunu bildirir. Denci Nayuta ilə birlikdə yaşamağa başlayır, liseyə daxil olur və iblislərlə döyüşməyə davam edir.

Qəbul Denci iblis güclərinə malik olduğu üçün "Devilman" manqa seriyasının protaqonisti Akira Fudo ilə müqayisə olunmuşdur. "Comic Book Resources" saytı Denci ilə Makima arasındakı münasibətləri "Jujutsu Kaisen" manqa seriyasında Satoru Qoco ilə Yuci İtadori, eləcə də, "Naruto" manqa seriyasında Cirayya ilə Naruto Uzumaki arasındakı münasibətlərlə müqayisə etmişdir.

Manqanın populyarlıq anketində Denci Paverdən sonra ikinci yeri tutmuşdur. Digər bir anketdə isə dördüncü yerdə qərarlaşmışdır. Denci kospleyerlər arasında populyar personaja çevrilmişdir. 8-ci Crunchyroll Anime Mükafatında Denci "Ən yaxşı personaj" kateqoriyasında namizəd göstərilmişdir.

İstinadlar

Kateqoriya:Chainsaw Man personajları Kateqoriya:Tez sağala bilən anime və manqa personajları Kateqoriya:İblislərlə müqavilə bağlamış personajlar Kateqoriya:Ölüm və yenidən doğulma güclərinə malik personajlar Kateqoriya:Uydurma dövlət agentləri Kateqoriya:Yetim anime və manqa personajları Kateqoriya:Uydurma iblis ovçuları Kateqoriya:2018-ci ildə tanıdılan anime və manqa personajları

Kateqoriya:Kişi anime və manqa personajları Kateqoriya:Uydurma insan hibridləri Kateqoriya:Superinsan gücünə malik personajlar