Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Əlövsət Allahverdiyev Ayaz Arabaçı
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Gədəbəy rayonunun kəndləri