Emili Parisdə () — Darren Star tərəfindən Netflix üçün şəkilmiş Amerika-Fransız komediya-dram veb serialı. Film gənc amerikalı Emili Kuperin Fransa marketinq şirkətinin müştərilərinə lüks mallara Amerika baxışını təqdim etmək üçün Parisə köçməsinin hekayəsindən bəhds edir. Baş rolu Lili Kollins canlandırır. Serialda həmçinin Filippinli Leroy-Beulau, Eşli Park, Lukas Bravo, Samuel Arnold, Bruno Qori, Kamilla Raza, Vilyam Abadai və Lusyen Laviskount da rol alıblar. Mövzusu Serialın əsas qəhrəmanı Emili Kuper (Lili Kollins) Çikaqoda yaşayan gənc bir marketinq mütəxəssisidir. O, gözlənilmədən Parisdə bir marketinq agentliyində iş imkanı qazanır və fransız mədəniyyətinə uyğunlaşmağa çalışır. Emili peşəkar həyatı ilə yanaşı, şəxsi münasibətləri və dostluqları arasında balans yaratmağa çalışır.

Əsas personajlar Emili Kuper – Gənc enerjili və optimist marketinq mütəxəssisi. O, fransız iş mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəksə də, öz kreativliyi ilə fərqlənir. Silviya Qrateau – Emilinin fransız patronu. O, soyuqqanlı və tələbkar bir rəhbərdir və Emilinin amerikasayağı yanaşmalarına qarşı çıxır. Qabriel – Emilinin qonşusu və aşbaz. Aralarındakı münasibət dostluq və romantik əlaqə arasında dəyişir. Kamilla – Emilinin dostu və Qabrielin sevgilisi. Bu personaj serialın dramatik məqamlarına təsir edən əsas fiqurlardandır. Mindi Çen – Emilinin ən yaxın dostu və dəstəkçisi. O, Çindən gəlib və Parisdə yeni həyat qurmağa çalışır.

Serialın ən çox bəyənilən cəhətlərindən biri onun vizual tərtibatıdır. Parisin romantik küçələri, dəbli geyimlər və estetik kadrlar izləyiciləri özünə cəlb edir. Emily-nin rəngarəng geyim tərzi və klassik fransız modası serialın əsas cazibə nöqtələrindən biridir.

Serial bir çox beynəlxalq mükafatlara namizəd olub və Netflixin ən çox baxılan layihələrindən birinə çevrilib. Bununla yanaşı, bəzi tənqidçilər serialın fransız mədəniyyətini stereotiplərlə təqdim etdiyini və bəzi süjet xəttlərinin qeyri-realist olduğunu bildiriblər.

"Emili Paris"də əyləncəli və vizual baxımdan cəlbedici bir serialdır. Parisin gözəlliklərini və dəbdəbəli həyat tərzini romantik komediya çərçivəsində təqdim edərək izləyicilərə xoş bir baxış təcrübəsi bəxş edir. Bəzi stereotipləri olsa da, serial müasir pop-kultura fenomenlərindən biri olaraq qalır.

İstinadlar

Xarici keçidlər

Российский тизер второго сезона (видео на YouTube) В Киеве возмутились образом вороватых и жадных украинцев в сериале Netflix // 24 декабря 2021

Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Komediya teleserialları Kateqoriya:ABŞ-nin komediya-dram teleserialları