Yepiskop Aleksiy (Dünyəvi adı: Andrey Yuryeviç Smirnov; ) — Bakı və Azərbaycan yepiskopu.

Həyatı 10 aprel 1975-ci ildə Stavropolda anadan olub. 1982-ci ildə vəftiz olunub

1992–1995-ci illərdə Stavropol İlahiyyat Seminariyasında oxuyub. 1995–1999-cu illərdə Sankt-Peterburq İlahiyyat Akademiyasında təhsil alıb.

1999-cu il iyulun 12-də Stavropol şəhəri Həvari Andrey kafedral kilsəsində o diakon rütbəsini, avqustun 1-də isə presviter (keşiş) rütbəsini qəbul edir. 24 avqust 1999-cu ildə o, Allah adamı mübarək Aleksinin şərəfinə Aleksiy adı ilə mantiyanı qəbul edib. Rahibliyə qəbul və əlqoyma ayinləri Stavropol və Vladiqafqaz mitropoliti Gedeon (Dokukin) tərəfindən keçirilib.

1999-cu ildən Stavropol İlahiyyat Seminariyasının müəllimi, 1999–2003-cü illərdə Stavropol İlahiyyat Seminariyasının kitabxana müdiri kimi çalışıb.

1999–2000-ci illərdə Stavropol diyarı, İpatovo şəhəri müq. Feodosiy Çerniqovskiy kiləsinin ruhanisi, 2002–2003-cü illərdə Stavropol şəhəri Müqəddəs Andrey kafedral kilsəsinin ruhanisi, 2002-ci ilin iyul-avqust aylarında Çerkessk şəhəri Allahın Əqdəs Validəsinin Örpəyi kilsəsinin baş keşişi vəzifəsində çalışıb. 2003–2004-cü illərdə Stavropol diyarı, Mixaylovsk şəhəri Rus Torpağının Bütün Müqəddəsləri kilsəsinin ruhanisi, 2004–2012-ci illərdə Allahın Validəsinin "Əlamət" ikonasının şərəfinə kilsənin baş keşişi vəzifəsində çalışıb.

2007–2009-cu illərdə Stavropol Dövlət Universitetinin Tarix fakültəsinin eksternatında oxuyub (ixtisas — tarixçi, tarix müəllimi).

2009-cu ilin sentyabrın 3-dən 2011-ci ilin sentyabrın 28-dək Şpakov rayonu Mixaylovsk şəhərinin kazak generalı S. S. Nikolayev adına Peşə Liseyində Pravoslavlıq tarixi fənnindən dərs deyib; 4 sentyabr 2009-cu ildən 30 may 2011-ci il tarixədək Şpakov rayonu Nadejda kəndinin 14 saylı tam orta məktəbində müəllim işləmiş, "Pravoslav mədəniyyətinin əsasları" fənnindən dərs deyib.

2011-ci il sentyabrın 1-dən Stavropol şəhəri Qafqaz Xalqlarının Dostluğu İnstitutunda ilahiyyat kafedrasının dosentidir.

2011-ci ildə Stavropol şəhərinin Şimali Qafqaz Texniki Universitetini fəlsəfə elmləri namizədi (ixtisas — sosial fəlsəfə) dərəcəsi ilə bitirmişdir.

2011-ci ildən — Stavropol yeparxiyasının dini maarifləndirmə və katexizasiya şöbəsinin sədri vəzifəsində çalışıb.

2011–2012-ci illərdə Stavropol İnşaat Kollecinin Böyük Şəhid Barbara ibadətgahının baş keşişi (əvvəlki vəzifələri davam etmək şərtilə) vəzifəsində çalışıb.

2012-ci ildən Stavropol İlahiyyat Seminariyasının tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

1 sentyabr 2012-ci ildən — Stavropol Şimali Qafqaz Federal Universitetinin Humanitar İnstitutunun Fəlsəfə və Etnologiya kafedrasının dosenti.

2012–2013-cü illərdə — Stavropol şəhəri Həvari Andrey arxiyerey ərazisinin ruhanisi, 2013-cü ildən arxiyerey ərazisinin açar sahibi (əvvəlki vəzifələri davam etmək şərtilə).

2015–2017-ci illərdə Stavropol Şimali Qafqaz Federal Universitetində "İlahiyyat, dövlət-din münasibətləri" ixtisası üzrə magistraturada təhsil alıb və universiteti ilahiyyat üzrə magistr dərəcəsi ilə bitirib.

2018-ci ildən Stavropol diyarının Tatarka kəndində Allahın Əqdəs Validəsinin "Bütün qəmqinlərin sevinci" ikonasının şərəfinə kişi monastırının rahibi olub.

2018-ci ildə Şimali Qafqaz Federal Universitetində ixtisasartırma kursu keçib (ixtisas — ali təhsil məktəbində fəlsəfi fənlər müəllimi)

2018-ci ildən — Stavropol İlahiyyat Seminariyasında ruhanilər üçün təkmilləşdirmə kurslarının rəhbəri; 2023-cü ildən — Stavropol İlahiyyat Seminariyasının nəznində rahiblər üçün ilahiyyat sahəsində əsas təlim kurslarının rəhbəri.

2023-cü ildə Azov şəhərinin "Uçitel-Info" MMC-də qiyabi olaraq ixtisasartırma kursunu bitirmişdir (ixtisas – təhsildə menecment, təhsil üzrə menecer).

Müqəddəs Sinodun 30 may 2024-cü il tarixli qərarı ilə (jurnal No 49) Bakı və Azərbaycan yepiskopu seçilmişdir.

2024-cü il iyunun 2-də Stavropol şəhəri Müqəddəs Andrey kafedral kilsəsində keçirilən Liturgiya zamanı Stavropol və Nevinnomıssk mitropoliti Kirill tərəfindən arximandrit rütbəsinə yüksəlib.

12 iyun 2024-cü ildə Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin taxt zalında yepiskop olaraq adlandırıldı. İyunun 13-də Moskvanın Böyük Merac kilsəsində Liturgiya zamanı yepiskopluq əlqoymasını qəbul etdi. Əlqoyma ayininə Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirill başçılıq edib.

Təhsili 1995 — Stavropol İlahiyyat Seminariyası.

1999 — Sankt-Peterburq İlahiyyat Akademiyası.

2009 — Stavropol Dövlət Universiteti (eksternat).

2011 — Stavropol Şimali Qafqaz Texniki Universiteti (fəlsəfə elmləri namizədi).

2017 — Stavropol Şimali Qafqaz Federal Universiteti (qiyabi, İlahiyyat magistri).

2018 — Stavropol Şimali Qafqaz Federal Universiteti (peşə ixtisasartırması).

2023 — "Uçitel-Info" MMC, Azov (peşə ixtisasertması, qiyabi).

1992–1995-ci illərdə Stavropol İlahiyyat Seminariyasında oxuyub. 1995–1999-cu illərdə Sankt-Peterburq İlahiyyat Akademiyasında təhsil alıb.

İstinadlar

Kateqoriya:Bakı yeparxiyası