I Qordian (; ) — Roma imperatoru. Onun imperatorluq müddəti cəmi 3 həftədir.
Bioqrafiyası O, 158-ci (və ya 159) ildə anadan olub. O, imperatorluqdan əvvəl Afrika Prokonsulluğu qubernatoru vəzifəsini yerinə yetirirdi.
238-ci ildə I Maksiminə qarşı üsyan baş verdi. Bu zaman yerli aristokratlar onu imperator elan etdilər. Roma Senatı da onu dəstəklədi və imperator kimi tanıdı.
Oğlu II Qordian da onunla paralel olaraq imperator elan edildi. Lakin onların hakimiyyəti qısa müddətli olur. II Qordianın qardaşı (şərti "Numidiya qubernatoru" Kapellian) tərəfindən öldürülməsi xəbərini alan I Qordian özünü asaraq öldürdü.
İstinadlar Kateqoriya:Özünü asaraq intihar edənlər Kateqoriya:Roma imperatorları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri