thumb|450px| Böyük Şərqi Asiya konfransı və ya Tokio konfransı (, müasir heroqliflərlə — 大東亜会議) — Yaponiya imperiyasının rəhbərlik etdiyi Böyük Şərqi Asiya Birgə Çiçəklənmə Sahəsinin yeddi üzv dövləti nümayəndələrinin iştirakı ilə 1943-cü il 5–6 noyabr tarixlərində Tokioda keçirilən zirvə görüşü.
Yaponiya tərəfindən təşkil edilən konfransda əsas məqsəd Yaponiyanın Asiyanı Qərb müstəmləkəçiliyindən "azad edən" və Şərqi Asiya ölkələrinin lideri rolunu oynaması idi. Əslində, bu konfrans, Yaponiyadan asılı olan və Yaponiya ordusu tərəfindən işğal edilmiş dövlətlər üçün təşkil edilmiş tədbirdi. Bunlardan yalnız ikisi — Mançjou-qo və Tailand — Ox dövlətləri və onların müttəfiqləri xaricindəki bəzi dövlətlər tərəfindən diplomatik tanınmışdı (xüsusilə, Mançjou-qo SSRİ, Salvador və Dominikan Respublikası tərəfindən tanınırdı, üstəlik, Tayland Millətlər Liqasının üzvü idi).
İlkin şərtləri thumb|360px|1942-ci ildən etibarən Yaponiya imperiyasının genişlənməsi Yaponiya imperiyasının 1941-ci ilin dekabrında İkinci Dünya müharibəsinə girməsi ilə 1942-ci ilin mayında Yaponiya İmperator ordusu Asiya qitəsində və Sakit okeanda Britaniya, Fransa və Amerika koloniyalarının əhəmiyyətli hissələrini, yəni: Fransa Hind-Çini və Britaniya Hindistanının kiçik hissələri, Malaya, Birma, Filippin arxipelaqı, Niderland Ost-Hindi (İndoneziya arxipelaqını), Yeni Qvineyanın bir hissəsi, Solomon və Gilbert adaları, Quam və Ueyk rifi kimi bir neçə Sakit okean adasını tabe etdi. Bundan əlavə, 1931-ci ildən bəri Yaponiya, Mancuriya ərazisində yaradılmış Mançjou-qo kukla dövlətinə, 1937-ci ildən isə İkinci Çin–Yaponiya müharibəsi zamanı Çində bir sıra uğurlu hərbi əməliyyatlardan sonra Daxili Monqolustan Muxtar Rayonunun şərqinə (Mentzyan dövləti), Şərqi Çin və Cənubi Çin dənizlərinin sahilləri ilə həmsərhəd olan bir sıra Çin ərazilərinə nəzarət edirdi.
Kukla dövlətlər istisna olmaqla, Yaponiya tərəfindən işğal edilmiş ərazilərin əksəriyyəti əvvəlki idarəetmə formalarından demək olar ki, fərqlənməyən müstəmləkə xarakterini qoruyub saxlamışdı. Yaponiya ordusu və donanması Sakit okeanda İngiltərə-Amerika qüvvələrinə qarşı uğurla döyüşərkən, Yaponiya hökumətinin nəzarəti altında olan bu kukla dövlətlərə daha böyük muxtariyyət verməsinə ehtiyacı yox idi. Lakin 1943-cü ildə Yaponiyanın Sakit okeandakı mövqeyinin pisləşməsi (Miduey döyüşü) ilə Yaponiya Xarici İşlər Nazirliyinin rəsmiləri və imperiyanın siyasi və hərbi dairələrindəki panasiyaçılığın tərəfdarları Yaponiya tərəfindən işğal edilmiş Şərqi Asiyanın müxtəlif bölgələrinə "müstəqillik" verilməsi proqramını gündəmə gətirdilər. Proqramı dəstəkləyənlər Avropa müstəmləkəçiliyinə qayıtmaq təhlükəsinin Asiyanın yerli xalqları arasında narazılığı artıracağını və onların müharibədə Yaponiya tərəfində daha fəal iştirak edəcəyini düşünürdülər. Yaponiya hərbi rəhbərliyi belə bir addımın təbliğat dəyərini başa düşdüyündən, bu ideyanı dəstəklədi. Bu məqsədlə "Böyük Şərqi Asiyada Siyasi Liderliyin əsas Prinsipləri haqqında" sənəd 31 may 1943-cü ildə rəsmi olaraq təsdiq edildi. Sənəddə qeyd edilirdi ki, müharibəni davam etdirmək və bitirmək üçün "Böyük Şərqi Asiya dövlətləri və xalqlarının imperiya ətrafında siyasi birliyini gücləndirmək" və Yaponiya ilə hərbi əməkdaşlığının gücləndirilməsinə xüsusi diqqət yetirmək lazımdır.Внешняя политика государств Оси в 1943 г. Beləliklə, 1943-cü ilin avqust-oktyabr ayları arasında Birma dövləti, Filippin Respublikası, Azad Hindistan və Kamboca krallığı yaransa da, Yaponiyanın nəzarəti altında qalmağa davam etdilər.
İştirakçı ölkələr thumb|238px|Nümayəndə heyəti başçılarının qrup şəkli. Soldan sağa: Ba Mo, Çjan Tzinxuey, Van Tzinvey, Hideki Toco, Van Vaytayakon, Xose Laurel, Subxas Çandra Bos thumb|238px|Soldan sağa: Çjan Tzinxuey, Van Tzinvey və Subxas Çandra Bos thumb|238px|Subxas Çandra Bosun konfrans zamanı çıxışı thumb|238px|Çjan Tzinxueyin çıxışı
Myanma Dövlət rəsmi olaraq 1 avqust 1943-cü ildə müstəqillik qazandı, bundan sonra Birmanın Yaponiya hərbi administrasiyası səlahiyyətlərini Birma hökumətinə verdi. Hökumətə Tokio konfransında Birmanı təmsil edən vəkil və keçmiş siyasi məhbus Doktor Ba Mo rəhbərlik edirdi.
Çin Respublikası Rəsmi olaraq Çan Kayşinin qanuni rejimi kimi "Çin Respublikası" adlandırılan Vanq Tzinqveyin kollaborasionist rejimi 30 mart 1940-cı ildə Çin-Yaponiya müharibəsi zamanı Yaponiya tərəfindən işğal edilmiş şərqi Çin ərazilərində elan edildi. 1943-cü ilin yanvar ayında Yaponiya hökuməti Çin Respublikasına bir sıra güzəştlər (məskunlaşmaların qaytarılması, ekstraterritoriallığın ləğvi və s.) vermək qərarına gəldi və nəticədə həmin il yanvarın 9-da Vanq Tzinqvey hökuməti Böyük Britaniya və ABŞ-yə müharibə elan etdi.
Konfransda Çin nümayəndə heyətinə Vanq Tzinqveyin özü rəhbərlik edirdi.
30px Mançjou-qo Mançjou-qo (həmçinin Mançjou imperiyası kimi də tanınır) 1932-ci ildə Yaponiya tərəfindən işğal edilmiş Mancuriya ərazisində quruldu. Bu dövlət hərbi cəhətdən Yaponiya imperiyasının Şərqi Asiyadakı ən fəal müttəfiqi idi: 1943-cü ildə təxminən 200.000 nəfərlik Mançjou-qo imperiya ordusu Xalxin-Qol və Xasan döyüşlərində, eləcə də Çin-Yaponiya müharibəsində iştirak etmişdir.
Tokio konfransında Mançjou-qonu Yaponiya tərəfdarı kimi tanınan Baş nazir, general Çjan Tzinhuey təmsil edirdi.
30px Azad Hindistan 21 oktyabr 1943-cü ildə Sinqapurda qondarma "Azad Hindistan" hökuməti ("Azad Hind" kimi də tanınır) yaradıldı. Britaniya Hindistanının böyük əksəriyyəti, Yapon işğal zonasından kənarda olduğundan, sürgündə olan bir hökumət kimi özünü təqdim etdi. Lakin buna baxmayaraq, Azad Hindistan hökuməti hələ də Andaman və Nikobar adaları kimi bəzi Hindistan ərazilərini, eləcə də Şərqi Hindistandakı müasir Hindistan əyalətləri olan Manipur və Naqalendin bir hissəsini nəzarətdə saxlayırdı. Elə ilk iclasda hökumət Böyük Britaniya və ABŞ-yə müharibə elan etdi.
Tokiodakı Hindistan nümayəndəsi Azad Hindistanın Baş naziri və eyni zamanda Hindistan SS Legionunun rəhbəri Subxas Çandra Bos idi. Rəsmi konfrans qaydalarına əsasən, Bos konfransda "müşahidəçi" kimi iştirak edirdi.Хаттори Такусиро. "Япония в войне 1941–1945 гг". Часть II, гл. V (Политические манёвры в Юго-Восточной Азии)
Tailand təşkil edilən konfransda Yaponiyanın vasitəçiliyi olmadan iştirak edən (müasir Tailandın tarixi XIII əsrə dayanır), Millətlər Liqasının üzvü olan və Müttəfiq dövlətlər tərəfindən diplomatik tanınma alan yeganə ölkə idi. Tailandın Yaponiya ilə Böyük Britaniya və ABŞ-yə müharibə elan etməsi, 1941-ci ilin dekabrında Tailand ərazisinə hücum edən və müharibə elan etmədiyi təqdirdə ölkəni işğal edəcəyi ilə hədələyən Yapon qüvvələri tərəfindən məcbur edildi.
Tailand Baş naziri, marşal Plaek Pibunsonqxram əvvəlcə Tailandı Tokioda təmsil etmək üçün dəvət olunmuşdu, lakin Şahzadə Van Vaytayakon sonda onun yerinə konfransda iştirak etdi. Marşal bu qərarla Tailandın Yaponiyadan asılı dövlət olmadığını vurğuladı. Lakin, Baş nazirin bu qarışıq dövrdə istefası onun devrilməsinə səbəb ola bilərdi ki, bu da Pibunsonqxramın ehtiyat etdiyi məsələ idi.Greater East Asia Conference — mapyourinfo.com
Filippin Respublikası Filippin rəsmi olaraq müstəqilliyini 14 oktyabr 1943-cü ildə elan etdi, lakin buna baxmayaraq, adalar Amerika qoşunları tərəfindən azad edilənə qədər Yapon kontingenti adalarda qaldı. Millətçi Xose Pasiano Lorelin rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldi. Filippin Respublikası konfransın keçirildiyi vaxt ABŞ və Böyük Britaniya ilə müharibə vəziyyətində olmayan yeganə idi. Filippin Respublikası bu ölkələrə yalnız 1944-cü ilin sentyabrında müharibə elan etdi.
Prezident Lorel özü Filippini Tokioda təmsil edirdi.
Baş tutmayan Konfransın təşkil olunduğu Böyük Şərqi Asiya Birgə Çiçəklənmə Sahəsinin bütün ölkələrindən nümayəndələr konfransa dəvət olunmuşdular. Xüsusilə, Vyetnamdan (o dövrdə müstəqil dövlət hesab edilmirdi) və Kambocadan olan nümayəndələr Vişi rejimi ilə həmrəylik nümayiş etdirmək üçün dəvət olunmadılar — nominal olaraq, keçmiş Fransa Hind-Çini üzərində nəzarət Yaponiya və Vişi hökumətinə bərabər şəkildə məxsus idi.
Yaponiyanın Koreya və Tayvan Baş qubernatorluqlarının ərazilərində yaşayan yerli xalqların nümayəndələri, yəni koreyalı və xan çinlilər də, saylarının nisbi çoxluğuna baxmayaraq, konfransda iştirak etmirdilər.
Konfransda İndoneziyadan nümayəndə iştirak etmədi. Keçmiş Britaniya Malayası və Hollandiya Şərqi Hindistanına müstəqillik verilməsi məsələsi mürəkkəb idi. 31 may 1943-cü ildə Yaponiya İmperiya Ordusunun Baş Qərargahı bu əraziləri Yaponiya imperiyasına birləşdirmək qərarına gəldi. Yaponiyanın bu hərəkəti Asiya xalqlarının azadedicisi kimi təqdimata yönəli Yapon təbliğatını əhəmiyyətli dərəcədə sarsıtdı. Yaponiya hakimiyyəti ilə əməkdaşlıq edən İndoneziya müstəqillik hərəkatının liderləri Sukarno və Məhəmməd Hatta konfransın bitməsindən qısa müddət sonra qeyri-rəsmi görüşlər keçirmək üçün Tokioya dəvət edildilər.Smith, Changing Visions of East Asia, pp. 19–24
Nümayəndələrin siyahısı Dövlət bayrağı Dövlət Nümayəndənin portreti Nümayəndə 140px|center Birma dövləti() 100px|center Ba Mo(1893–1977)hökumət başçısı 140px|center Çin Respublikası (Van Tzinvey rejimi)() 100px|center Van Tzinvey(1883–1944)prezident 140px|center Mançjou-qo() 100px|center Çjan Tzinxuey(1871–1959)baş nazir 140px|center Azad Hindistan(;) 100px|center Subxas Çandra Bos(1897–1945)hökumət başçısı 140px|center Tailand krallığı() 100px|center Van Vaytayakon(1891–1976)diplomat 140px|center İkinci Filippin Respublikası() 100px|center Xose Laurel(1891–1959)prezident 140px|center Yaponiya imperiyası() 100px|center Hideki Toco(1884–1948)baş nazir
Konfransın gedişatı thumb|300px|Konfransda iştirak edən nümayəndə heyətləri və rəhbərlərinin Yaponiya Parlamenti önündə qrup şəkli.
Tədbirin şərtləri thumb|300px|Yaponiya Parlamenti binası fasadının müasir görünüşü. Tokio. Konfransın keçiriləcəyi yer kimi Tokionun mərkəzi rayonu olan Kasumiqasekidəki Yaponiya Parlamenti binası seçildi. Bu nəhəng qranit konstruksiyanın tikintisinə 1920-ci illərin sonlarında başlanılmış və 1936-cı ilə qədər tamamlanmamışdır.
5 noyabr tarixində Haneda hava limanına çatan iştirakçı ölkələrin nümayəndə heyətlərini Baş nazir Hideki Toconun rəhbərlik etdiyi Yaponiya rəsmiləri qarşıladılar. Daha sonra nümayəndələr qara maşınlarla Yaponiya Parlamenti binasına aparıldılar.
Konfransı təşkil edən Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, konfransın ilk günündə Şərqi Asiya ölkələri arasında gələcək əməkdaşlığa dair fikir bildirəcək nümayəndələrin çıxışları planlaşdırılırdı. İkinci gün isə Yaponiya hakimiyyət orqanları tərəfindən hazırlanmış "Böyük Şərqi Asiya Birgə Bəyannaməsi"nin müzakirəsinə və qəbuluna həsr olunmalı idi.
Hideki Toconun çıxışı thumb|260px|Hideki Toconun çıxışı İclasın açılışından sonra Yaponiyanın Baş naziri Hideki Toco Yaponiya imperiyasının sözdə "Böyük Şərqi Asiya"dakı vəziyyətlə bağlı rəsmi mövqeyini açıqlayan çıxış etdi. Toco ABŞ və Böyük Britaniyanın xarici siyasətinin imperialist mahiyyətini tənqid etdi və iki böyük dövlət arasındakı rəqabəti vurğuladı. İki böyük dövlət arasında rəqabət faktını vurğulayan Toco, ABŞ və Böyük Britaniyanın xarici siyasətinin imperialist mahiyyətini tənqid etdi.Великая Восточноазиатская конференция в энциклопедии "World War II Database" W. G. Beasley, The Rise of Modern Japan, p 204 ISBN 0-312-04077-6 Ötən əsrlər ərzində Britaniya imperiyası fırıldaqçılıq və təcavüz yolu ilə dünyanın bir çox yerində geniş əraziləri ələ keçirmiş, müxtəlif bölgələrdəki millətlər və xalqlar üzərində dominantlığını qoruyub saxlamış, onları bir-birinə qarşı qoymuşdur. Digər tərəfdə isə Avropadakı qarışıqlıq və qarışıqlıqdan istifadə edərək Amerika qitəsi üzərində dominantlığını quran, İspaniya ilə müharibədən sonra öz dayaqlarını Sakit okeana və Şərqi Asiyaya qədər genişləndirən ABŞ dayanır. Birinci Dünya müharibəsindən sonrakı yüksəlişindən istifadə edən ABŞ qlobal hegemoniyaya can atmağa başladı. Hazırkı müharibənin başlamasından bəri,