400px|thumb|Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş poçt markası. Azərbaycan–Şərqi Asiya mədəni əlaqələri — Azərbaycanın müxtəlif Şərqi Asiya xalqları və ölkələri ilə mədəni əlaqələri.

Çini Avropa ilə birləşdirən Böyük İpək yolu müasir Azərbaycan ərazisindən keçmişdir. Bu yol mədəniyyətlərarası mübadilədə vacib rol oynayırdı. Naxçıvan-Təbriz yolu və Ərdəbil marşrutu müasir Azərbaycan ərazisini Böyük İpək Yolu ilə birləşdirirdi. Xəzər dənizi bölgələri İpək Yolu üzərindəki Qafqaz marşrutları boyunca ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin yaranması və intensiv inkişafı üçün xüsusi əhəmiyyətə malik idi.

Monqol işğalları nəticəsində müasir Azərbaycan (Arran və Şirvan) şəhərləri Beyləqan, Gəncə, Bərdə, Şəmkir, Şabran dağıntılara məruz qalmışdır. 1236-cı ildə Cənubi Qafqaz artıq monqol dövlətinə daxil idi. Buddizmin Azərbaycanda monqol hakimiyyəti dövründə qısa bir müddət üçün mövcudluğu, iki əsrə yaxın müddətdə uyğur əlifbasının dövlət səviyyəsində tətbiq edilməsi və yayılması, Çin rəssamlıq ənənələrinin bölgə müsəlmanları və xristianlarının bədii və tətbiqi yaradıcılığına nüfuz etməsi ümumilikdə Azərbaycanda və Cənubi Qafqazda daha plüralist mədəniyyətin formalaşmasına öz töhfəsini vermişdir.

Çinlilər saçları ilə məşhur olduğu üçün, Azərbaycan ədəbiyyatında saçın, zülfün təsvirində Çin adından istifadə edilirdi. Çin həm də ipəyi, ətri, təsviri sənəti ilə məşhur olduğu üçün Azərbaycan ədəbiyyatında Çin toponimindən çox istifadə edilmiş, bu mövzuda təşbehlər yazılmışdır. Azərbaycan ədəbiyyatında Çindən danışarkən "Çinü Maçin" ifadəsi istifadə edilir. Molla Pənah Vaqif Çinü Maçini "Hayıf ki yoxdur" şeirində "gözəllik diyarı" adlandırır, başqa bir şeirində isə Çin ilə Maçinin "gözəllər ölkəsi" kimi adını çəkmişdir. Sovet dövründə Azərbaycanın Çinlə əlaqələrinin inkişaf etməsi, Çindəki sosialist inqilabı nəticəsində Azərbaycan ədəbiyyatında Çin mövzusuna geniş yer verilmişdir. Azərbaycan ədəbiyyatında Çinin azadlıq mübarizəsi ilə bağlı Rəsul Rzanın "Si-Au" və Əlirza adlı şairin "Çin qızı" poemaları yazılmışdır. Teymur Elçin isə qədim Çin əfsanəsi əsasında "Pekin zəngi" poemasını yazmış, bu əsərində Çin əfsanə və hikmətlərindən istifadə etmişdir. Azərbaycan ədəbiyyatına Çin mövzusuna müraciət edilərkən Nizami ənənəsi davam etdirilmiş, Çin qızı, Çin gözəlindən yazılmışdır. Mirvarid Dilbazinin "Çin qızı", Əhməd Cəmilin "Şərq qızı" şeirləri bu qəbildəndir.

Azərbaycan rəssamı Toğrul Sadıqzadə öz sərgisində Yaponiya mövzusunda 40-dan çox rəsm eskiz, zarisovka, etüd və lövhələri nümayiş etdirmişdir. Buna "Xirosima" rəsm əsərləri silsiləsi də daxildir. Yapon azərbaycanşünası Akira Matsunaqa 1996-cı ildə "Azərbaycan türkcəsinin qrammatikası" 1999-cu ildə isə "Azərbaycan dilini müstəqil öyrənənlər üçün" kitablarını nəşr etdirmişdir.

Tarixi-mədəni arxa plan

İpək Yolu irsi

265x265px|thumb|right|Min imperatoru Syuandenin adı yazılmış boşqab

Çini Avropa ilə birləşdirən Böyük İpək yolu müasir Azərbaycan ərazisindən keçmişdir. Bu yol mədəniyyətlərarası mübadilədə vacib rol oynayırdı. Naxçıvan-Təbriz yolu və Ərdəbil marşrutu müasir Azərbaycan ərazisini Böyük İpək Yolu ilə birləşdirirdi. Xəzər dənizi bölgələri İpək Yolu üzərindəki Qafqaz marşrutları boyunca ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin yaranması və intensiv inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Azərbaycanda istehsal edilən xalçalar Böyük İpək Yolu boyunca yerləşən bazarlara, xüsusilə Çinə ixrac edilirdi. VII əsr Çin səyyahı Syuançzan qeyd edirdi ki, Azərbaycan ərazisi xalçaçılığın vacib mərkəzidir. Azərbaycanda tapılmış seladon fraqmentləri Çinlə əlaqələri göstərir.

İpək Yolu ilə Azərbaycana gətirilən Çin malları əsasən ipək, ipək parçalar, aromatik məmulatlar, çini qablar, qiymətli daşlar və s. idi. Bunlar arasında çini qablar xüsusilə əhəmiyyətli idi, möhkəmliyi və şəffaf görünüşü ilə xüsusi qiymətləndirilirdi. Xəzər ətrafındakı ticarət mərkəzi olan şəhərlərdə, o cümlədən Şamaxı, Bakı və digər şəhərlərdə Çin ipəyi, keramikası və s. mallar satılırdı. Çin keramikası texnikası müsəlman Şərqindəki ustalar tərəfindən təkrarlanaraq eyni texnikalı keramika məhsulları istehsal edilmişdir. Şabrandan tapılmış keramika nümunəsində iki ceyran bulaq ətrafında təsvir edilmişdir. Çin incəsənətində dağlar, çaylar, meşələr və şəlalələr daoist konseptə görə insan və təbiət vəhdətinin rəmzi idi. Azərbaycan alimi Fərid Ələkbərli ehtimal edir ki, çıldaq ənənəsi XIII əsr monqol hakimiyyəti dövründə Çindən Azərbaycana gəlmişdir.

2025 AMEA Arxeologiya və Antropologiya İnstitutu hesabatında qeyd edilmişdir ki, İdris Əliyevin başçılıq etdiyi Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunda antik-ilk orta əsrlərə aid olan, həmçinin Bərgüşanə adlı Tunc dövrünə aid abidədə qazıntı işləri aparmışdır. Əsas tapıntılara xilafət pulları və tunc güzgü (Çin istehsalı, Tan sülaləsinin dövrünə aid) aiddir. Tunc güzgü Azərbaycanda və Qafqazda ilk tapıntıdır.

2025-ci ilin dekabrında Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Bununla bağlı sərəncamda bu sözlər qeyd edilmişdir: "İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır."

Nizami irsi 200px|thumbnail|left|İsgəndərin Çin xaqanı ilə görüşməsi, XVII əsr, Uolters Sənət Muzeyi

Nizami "Sirlər xəzinəsi"ni yazarkən həm də Şərq xalqlarının – iranlıların, çinlilərin, hindlilərin, ərəblərin və başqalarının folklorunu da mənimsəmiş, əsərlərini yaradarkən öz mövzu və ideyalarını həmin xalqların folkloru ilə də zənginləşdirmişdir.Səlim Neysari – Tarixe ədəbiyyate İran, Tehran, 1334, səh. 331 Onun "Xosrov və Şirin" əsərində Fərhad Çində daşyonma sənətini öyrənir.

Nizami "Yeddi gözəl"ində İran şahı Bəhram həftənin hər gününü gözəllərdən birinin yanında keçirir. O, bazar günü sarı günbəzli sarayda Günəşin hökm etdiyi TürkistanБороздина П. А. Очерки истории литератур народов СССР. — Издательство Воронежского университета, 1991. — С. 83. — 476 с. (Çin) gözəli ilə vaxt keçirir, ondan "Xeyir və Şər" hekayəsini dinləyir. Azərbaycanda "Xeyir və Şər" hekayəsi cizgi film şəklində hazırlanmış, opera və balet kimi səhnəyə qoyulmuşdur.

Qara Qarayevin Nizaminin "Yeddi gözəl" poeması əsasında hazırladığı eyniadlı baletdə Çin gözəlinin təsviri öz incəliyi ilə fərqlənir. Onun rəqsi Çin musiqisində geniş yayılmış lad – pentatonika əsasında səslənir. "Çin gözəli"nin rəqsində orkestr qeyri-adi zərif və yüngül səslənmə kəsb edir.R. Fərhadova — Qara Qarayevin baletləri, Bakı, Elm, 1970 Partituranın şəffaflığına nail olmaq üçün bəstəkar ayrı-ayrı partiyaları vahid tembr – dramaturji xəttdə birləşdirir. Məsələn, iki skripkanın sürətlə çalğısı bir alət kimi səslənir. Fleyta və qoboyun partiyaları da bir-birini tamamlayaraq, bir alətin çalğısını xatırladır. Rəqsin milli xüsusiyyətlərindən irəli gələrək, bəstəkar tamburo, kampanelli, arfa kimi alətlərə xüsusi diqqət yetirir.G. Abdullazadə — "Yeddi gözəl" balet süitasının orkestr təfsirinə dair metodik tövsiyələr, Bakı, 2007, səh 9–15

Nizami "İsgəndərnamə" əsərində Çin barədə geniş danışmışdır. Əsərdə Xaqan, vəzir, kəniz (çinli kəniz), rəssamlardan ibarət bir sıra müsbət surətlər yaradılmışdır. Adları çəkilməyən həmin insanlar öz məharətləri ilə tanınırlar. Çinin adamları ilə yanaşı torpaqlarının təbii gözəllikləri də vəsf edilir. Nizami Çin dedikdə əsasən Çin Türküstanını nəzərdə tutmuşdur. Nizaminin Çindən bəhs edərkən adını çəkdiyi Yəğma, Xəllux, Xəta, Xötən, Səncab, Çaç, Kaşqar və sair yerlər Çin Türküstanındadır. Bununla yanaşı şair Çin xaqanını "Çinli türk" və "Əfrasiyab mülkünün varisi" adlandırır. Firdovsidən fərqli olaraq, Nizami Əfrasiyabı hörmətlə yad edir.Abbasov, səh. 89 "İsgəndərin Çin xaqanı ilə görüşməsi" miniatür sənətində məşhur mövzulardan biri olmuşdur. Nizami "İsgəndərnamə"də öz əksini Çin naxışına bənzətmişdir. Burada ya Çin heroqlifləri, ya da Çinin qədim miniatürləri nəzərdə tutulur.

2012-ci ildə Pekində Nizami Gəncəvinin heykəli qoyulmuşdur. Nizami Gəncəvinin "Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz" misraları heykəlin postamentinin üzərində yazılmışdır.

Xalqlar

Monqollar

300px|thumb|right|At və sahibi. Əbdul Baqi Bakuvi

Monqol işğalları nəticəsində müasir Azərbaycan (Arran və Şirvan) şəhərləri Beyləqan, Gəncə, Bərdə, Şəmkir, Şabran dağıntılara məruz qalmışdır. 1236-cı ildə Cənubi Qafqaz artıq monqol dövlətinə daxil idi.Lane, (1999-09-01), George (1999). "Arghun Aqa: Mongol bureaucrat". Iranian Studies. 32 (4): 459–482. doi:10.1080/00210869908701965. Buddizmin Azərbaycanda monqol hakimiyyəti dövründə qısa bir müddət üçün mövcudluğu, iki əsrə yaxın müddətdə uyğur əlifbasının dövlət səviyyəsində tətbiq edilməsi və yayılması, Çin rəssamlıq ənənələrinin bölgə müsəlmanları və xristianlarının bədii və tətbiqi yaradıcılığına nüfuz etməsi ümumilikdə Azərbaycanda və Cənubi Qafqazda daha plüralist mədəniyyətin formalaşmasına öz töhfəsini vermişdir. XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssamı Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır.Topqapi Sarayi Muzesi Islam Minyaturleri

Monqolların dövründə Azərbaycanın türkləşməsi ilə eyni dövrdə, burada yaşayan monqolların da türkləşməsi prosesi baş vermişdir, ikinci proses birinci prosesə müsbət formada təsir etmişdir. Zaqatala dairəsindəki araşdırmalara görə "muğal" adlandırılan türk kəndlərini nəzərə alaraq monqolların həqiqi sayını müəyyən etməyin mümkünsüz olduğu ortaya çıxmışdır, yalnızca Cəlair və Tanqıt kəndləri həqiqi, qədim monqol adlandırılmışdır.

Azərbaycan dilinin bütün formalarında monqol dilindən alınan sözlər var: yekə, qadağan, darğa, qayçı, nöqtə, hündür, keşik, kürəkən. Bu sözlər ümumi Elxani irsini (1256–1335) təmsil edir.Elisabetta Ragagnin. 28 Dec 2021, Azeri from: The Turkic Languages Routledge. Accessed on: 04 Nov 2023 https://www.routledgehandbooks.com/doi/10.4324/9781003243809-17 Ümumiyyətlə, monqolların bölgədə müxtəlif hakimiyyət dövrləri müqayisə edilərsə, Azərbaycan və monqol dilləri arasındakı əlaqə daha çox Elxanilərin dövründə daha da inkişaf etmişdir. Monqol dilindən alınma sözlər Azərbaycan dilində XIII əsrdən formalaşan monqol "dil qatı"nı göstərir.

XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Elxani hökmdarı Qazan xanın dövründə İslam şəriəti ilə Çingiz xan Yasasına birgə riayət etmək qərarı qüvvədə qalmışdır. Azərbaycan və Şərqi Anadolu türkləri Qaraqoyunlu və Ağqoyunlu dövründə də Yasa qanunlarını öz milli qanunu saymış, ona sadiqliyini davam etdirmişdir. Ağqoyunlu Sultan Yaqubun dövründə Çingiz yasası ləğv edilmişdir.Lane, George (2016). "Turkoman confederations, the (Aqqoyunlu and Qaraqoyunlu)". In Dalziel, N.; MacKenzie, J. M. (eds.). The Encyclopedia of Empire. pp. 1–5. doi:10.1002/9781118455074.wbeoe193. ISBN 978–1118455074. Türk və monqolların törə və yasa adlanan hüquq normaları monqol dövründən sonrakı əsrlərdə də Azərbaycanda istifadə olunmaqda davam etmişdir.ÇAAĞDAŞ AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ BƏZİ NƏZƏRİ MƏSƏLƏLƏRİ. Tarix və mədəniyyət. Faktlar və dəyərlər. Akademik Nailə Vəlixanlının yubileyinə həsr olunmuş məqalələr toplusu / Məsul redaktor F. R. Cabbarov. Bakı: "Nurlar" Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2020. – s. 44–45.