Uqo Foskolo ( [ˈuːɡo ˈfoskolo, fɔs-]; ) — əsl adı Nikkolo Foskolo () olan italyan yazıçısı, inqilabçısı və şairi.
O, 1807-ci ildə yazdığı uzun "Dei Sepolcri" şeiri, ilk müasir italyan romanı hesab edilən "Jacopo Ortisin Son Məktubları" (1798) və "The Graces" (1812) karmenini yazması ilə yadda qalıb.
Erkən həyatı
Foskolo 1778-ci ildə İon adalarında, Zakintosda anadan olub. Atası Andrea Foskolo yoxsul Venesiya zadəganı və həkimi, anası Diamantina Spatis isə yunan əsilli idi.Introduction to Italian Poetry, Rebay, Luciano, Courier Dover Publications, p. 97Dictionary of Italian Literature, Bondanella, Julia Conaway, Peter E. Bondanella, Greenwood Press, p. 215, The Australian Library Journal, 1951 Library Association of Australia, University of Michigan, p. 179
1788-ci ildə Spalatoda (indiki Split, Xorvatiya) həkim işləyən atasının ölümündən sonra ailə Venesiyaya köçdü və Foskolo Padua Universitetinin Dalmatiya qrammatika məktəbində başladığı təhsilini başa vurdu.
Onun Paduan müəllimləri arasında İtaliyada çox məşhur olan və Foskolonun ədəbi zövqünə təsir edən abbat Melxior Çezarotti də var idi; o, həm müasir, həm də qədim yunan dilini bilirdi. Onun ədəbi ambisiyası 1797-ci ildə müəyyən dərəcədə uğur qazanan "Tieste" faciəsinin ortaya çıxmasında özünü göstərdi.
İstinadlar
Xarici keçidlər
Works in Italian: Ugo Foscolo Project , IntraText Digital Library, Prose works, ed. Cian, Laterza, 1912–1920, Texts of Foscolo and chronology ,
Kateqoriya:6 fevralda doğulanlar Kateqoriya:1778-ci ildə doğulanlar Kateqoriya:10 sentyabrda vəfat edənlər Kateqoriya:1827-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:Padua Universitetinin məzunları Kateqoriya:İtaliyada dəfn olunanlar Kateqoriya:Santa Korçe Bazilikasında dəfn olunanlar