Raf kofesi və ya Raf qəhvəsi () — keçmiş SSRİ ölkələrinin bəzilərində məşhur olan, 1990-cı illərin sonlarında Rusiyada yaranmış qəhvə içkisinin bir növü. O, bir porsiya espressoya qaymaq və vanilli şəkər əlavə edilərək, daha sonra qarışığın espresso aparatının buxar borusu ilə birlikdə köpürdülməsi yolu ilə hazırlanır. Lattedən əsas fərqləri vanilli şəkər və süd əvəzinə qaymaqdan istifadə olunması, həmçinin yalnız südün deyil, bütün qarışığın birlikdə köpürdülməsidir. Vanilli şəkər tez-tez sirop ilə əvəz olunur.

Resept

Əvvəlcə qəhvə qabına müəyyən miqdarda sirop tökülür, ardınca 35 ml espresso əlavə olunur.Кофе. 100 правил, историй, рецептов / Сост. Юрышева Я.. — М.: Эксмо, 2018. — С. 113—114. — 128 с. Daha sonra yağlılığı 30%-dən çox olmayan, vanilli şəkər qatılmış isidilmiş qaymaq əlavə edilir və bütün inqrediyentlər birgə şəkildə pitçerdə (qəhvə aparatında südü və ya qaymağı isidib köpürtmək üçün istifadə olunan kiçik metal qab) temperaturadək qızdırılır.Кофе: рецепты, коктейли, советы, мастер-классы / Сост. Денисов Д. И., Цыро С. В.. — М.: Ресторанные ведомости, 2014. — С. 98. — 176 с. Hazır raf qəhvəsinin üzərinə çox vaxt üyüdülmüş darçın səpilir. İçkinin müxtəlif versiyaları mövcuddur; bu variantlarda içkiyə alkoqol, şəkər əvəzinə bal, lavanda və digər xüsusi inqrediyentlər əlavə edilir.

Tarix

Raf qəhvəsi 1996–1997-ci illərdə Moskvanın "Coffee Bean" adlı qəhvəxanasında aparılan təcrübələrin nəticəsi olaraq yaranmışdır. Qəhvəxananın daim gələn müştərilərindən biri – Rafayel Timerbayev baristadan ona yeni bir şey hazırlamağı xahiş etmişdir. Üç baristanın (Qleb Neveykin, Artyom Berestov və Qalina Samoxina) apardıqları təcrübələr nəticəsində yeni içki yaradılmış və əvvəlcə "Raf üçün qəhvə" adlandırılmışdır. Sonralar ziyarətçilər "Raf üçün hazırlanan eyni qəhvədən" istəməyə başlamış və nəticədə bu yeni qəhvənin adı tədricən "Raf qəhvəsi" və ya sadəcə olaraq"Raf" formasında qısaldılmışdır. Bir müddət sonra bu içki bütün Rusiya qəhvəxanalarında populyarlıq qazanmışdır. Raf qəhvəsi xüsusilə Moskvada çox məşhur hesab olunur.

2018-ci ilə gəldikdə isə raf qəhvəsi artıq Rusiyanın hüdudlarından kənara yayılmış; Ukrayna, Qırğızıstan, Qazaxıstan, Moldova və Belarus qəhvəxanalarında da hazırlanmağa başlanmışdır. MDB-dən kənarda raf qəhvəsi demək olar ki, tanınmır, baxmayaraq ki, bəzi məlumatlara görə, bu içki Çexiya, İsrail, Kipr, Rumıniya, Azərbaycan və İndoneziyanın bəzi qəhvəxanalarında da hazırlanır.

Bəzi rus qəhvə ekspertləri raf qəhvəsini tənqid edir, çünki onların fikrincə, qaymaq və vanilli şəkərin dadı espresso aromatını demək olar ki, tamamilə örtür. Bununla belə, onlar etiraf edirlər ki, bu içki Rusiyada yaranmış azsaylı qəhvə yeniliklərindən biridir. Bundan əlavə, olduqca şirin içkilərin populyarlığı rus qəhvə mədəniyyətinin xarakterik xüsusiyyəti kimi qeyd olunur.

İstinadlar

Kateqoriya:Rusiya içkiləri Kateqoriya:İçkilər Kateqoriya:Qəhvə içkiləri