Makkenyu Maeda (; ), həmçinin Makkenyu Arata () və ya sadəcə Makkenyu kimi tanınır — yapon aktyor.

Həyatı

Makkenyu Maeda ABŞ-ın Los Anceles şəhərində 1996-cı ilin noyabrın 16-da anadan olub. Valideyinləri yapondur. Anası Tamami Çiba, atası isə döyüş filmləri aktyoru Sonni Çibadır. Makkenyunun balaca qardaşı Qordon Maeda və atası tərəfindən olan böyük bacısı Curi Manase də həmçinin aktyordur.

15 yaşında Makkenyu bir yapon filmini baxanda, orada oynayan bir aktyordan təsirlənərək, özü də Yaponiyada peşakar aktyor olmağa qərara gəlmişdi. Onun arzusu həmin aktyor ilə bir filmdə oynamaq idi. Gunjō Senki filminin istehsalı zamanı o açıqlamışdı ki, əslində onun arzusu məhz həmin filmdə özüylə birlikdə rol almış, lakin filmin çıxışından əvvəl vəfat edən Haruma Miura (1990-2020) ilə eyni kadrda olmaq imiş. Makkenyunun tammetrajlı filmdə ilk rolu 2015-ci ildə Take a Chance adlı filmdə olmuşdu. Həmin il o, Tadaima qısametrajlı filmində də rol almış və Yaponiyaya köçmüşdü.

Makkenyu ondan yeddi yaş böyük, məşhur olmayan bir qadınla evlidir. Onun həyat yoldaşının adı açıqlanmır. Makkenyunun və onun balaca qardaşının evlilikləri haqqında məlumat 2023-cü ilin yanvarın 22-də yayımlanmışdı. Həmin ilin avqustun 24-ü KİV-lərdə bəyan olunmuşdu ki, Makkenyunun həyat yoldaşı 2023-cü ilin iyul ayında ABŞ-nin Havay ştatının Honolulu şəhərində uşaq dünyaya gətirmişdir.

Mükafatları + Mükafat mərasimi İl Film Kateqoriya Nəticə Asians On Film Festivalı 2015 Tadaima Ən yaxşı ikinci plan aktyoru Hoçi Film Mükafatı 2016 Chihayafuru Ən yaxşı yeni artist 2018 Overdrive Ən yaxşı ikinci plan aktyoru Yaponiya Akademiyasının Film Mükafatı 2017 Chihayafuru İlin debütantı Mainiçi Film Mükafatı 2017 Ən yaxşı yeni aktyor

İstinadlar

Kateqoriya:Yaponiya aktyorları Kateqoriya:Yaponiya kişi film aktyorları Kateqoriya:Yaponiya kişi film aktyorları