İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 — 2025-ci ildə Azərbaycanda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı festivalı.
Festival planı "İƏT Mədəniyyət Festivalı" 2019-cu ildən bəri keçirilir. Azərbaycanda ilk dəfə 2025-ci ilin dekabrında keçirilmişdir. Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı baş vermişdir. Ümumilikdə iştirakçı sayı beş mindən çox olmuşdur. Festival İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə, 5–11 dekabr tarixlərində keçirilmişdir.
Festival proqramına İƏT mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, "Mədəni və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi", oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif biçimli mədəni layihələr daxildir. 9 dekabr 2025-ci ildə festival çərçivəsində İslam xəttatlıq sənəti sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İran, Əlcəzair, Misir və Suriyadan olan sənət ustalarının əl işləri nümayiş etdirilmişdir.
Qalmaqallar Festivalın "Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı çərçivəsində keçiriləcək Bakı Film Festivalında Suad Qarayevanın "Məhsəti" filminin nümayiş etdirilməsi Azərbaycan Bədii Şurası tərəfindən qadağan edilmişdir. Buna səbəb olaraq, ədəbiyyat irsinə hörmətsizlik, Məhsəti Gəncəvinin bədii təqdimatında ciddi təhriflərə yol verilməsi kimi məsələlər göstərilmişdir. Filmin rejissoru Suad Qarayeva buna etiraz etmişdir.
İstinadlar
Kateqoriya:2025-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycanda islam