Halo effekti (bəzən halo xətası və ya halqa, oreol xətası adlanır), bir sahədə bir şəxs, şirkət, ölkə, brend və ya məhsul haqqında olan müsbət təəssüratların insanın başqa bir sahədə bir şəxs, şirkət, ölkə, brend və ya məhsul haqqındakı fikir və ya hisslərinə müsbət təsir etmək meylidir. Bu termin Edvard Torndayk tərəfindən irəli sürülüb. Bu, "mühakimə yürüdən insanların, qiymətləndiricilərin, bir qayda olaraq əvvəlki performans və ya şəxsiyyət mühakimələrindən təsirlənməyə meylli olduqları hala, fenomenə verilən addır". Başqa sözlə, insanların mövcud olan bütün obyektiv halların cəminə əsaslanaraq imic və ya obraz formalaşdırmasına mane ola biləcək koqnitiv təhrifdir.
Halo effektinin sadələşdirilmiş nümunəsi kimi, belə bir situasiyanı misal gətirmək olar: insanlar fotoşəkildəki şəxsin cəlbedici, baxımlı və yaxşı geyindiyini gördükdən sonra öz sosial konsepsiyasının qaydalarına əsaslanan psixi evristik üsuldan istifadə edərək, fotoşəkildəki şəxsin yaxşı insan olduğunu qəbul edirlər. Bu daimi səhv, mühakimə zamanı qiymətləndiricilərin üstünlüklərini, qərəzlərini, ideologiyasını, istəklərini və sosial qavrayışını əks etdirir.
Kontekst və tədbiqi
Psixologiya "Halo effekti" termini psixologiyada, insanların pozitiv geştalt (ümumi müsbət təəssürat) formalaşdırdıqları digər şəxslər haqqında məlumatı necə şərh etdiklərinə təsir edən qavrayış təhrifini təsvir etmək üçün istifadə olunur. Məsələn, onlar müsbət geştalt yaratdıqları birinin vergilərdən yayındığını (vergi fırıldaqçılığı etdiyini) öyrənirlər; lakin pozitiv geştalt səbəbindən bu davranışın əhəmiyyətini gözardı edə və ya hətta həmin şəxsin sadəcə səhv etdiyini düşünə bilərlər. Halo effekti, ümumi müsbət inamlara görə bir şəxsi bir çox xüsusiyyətlərinə görə müsbət qiymətləndirmə meylinə aiddir.
Marketinq
Başqa
Tarixi
Cəlbediciliyin rolu
Əks Halo effekti
Butnuz effekti
Təhsil
Həmçinin bax
Evristika Danninq-Krüger effekti Doktor Foks effekti Lukizm Ad hominem Təhrif
İstinadlar
Kateqoriya:Sosial psixologiya Kateqoriya:Koqnitiv təhriflər