Raqhunatq Krişna Coşi və ya qısaca R.K. Coşi (; ) — Hindistan dizayneri və xəttatı. O, Microsoft Windowsda istifadə olunan əsas hind şriftlərini dizayn etmişdir.

Həyatı Raqhunatq Coşi orta təbəqəli hind ailəsində anadan olub. O, Maharaştra ştatının Kolhapur şəhərində böyüyüb və orada əlifbalara, onların formalarına, üslublarına və dizaynına maraq göstərib. 1952-ci ildə Mumbaydakı Ser J.J. Tətbiqi İncəsənət İnstitutunda incəsənət təhsili almaq qərarına gəlib. Bu müddət ərzində o, hind dillərində şriftlərin az olduğunu aşkar edib. O, institutun ərazisində yerləşən Dövlət Çap Texnologiyaları İnstitutunda əlavə dərslər alıb və orada hind şriftlərinin mürəkkəb olduğunu və yazı yazmaqda bir çox problemləri olduğunu öyrənib. O, kollecdə hind şriftlərinə həsr olunmuş ilk sərgidə iştirak edib.

O, 1983-1996-cı illərdə Mumbaydakı IDC Dizayn kollecində xəttatlıq, şrift dizaynı və tipoqrafiya professoru olub.

İstinadlar

Xarici keçidlər

R K Joshi: Interview