Luka Kambiazo (; həmçinin Luka Kambiazi () və Luka Kancaco (, Liquriya dilində soyadı Cangiaxo [kaŋˈdʒaːʒu]) kimi tanınır; ) — italyan rəssamı və nəqqaş, 16-cı əsrdə Genuyada aparıcı rəssam. O, Genuya kilsələrinin və saraylarının çoxsaylı dekorasiyaları ilə yerli tarixi freska rəsmi ənənəsini quran Genuya məktəbinin banisi hesab olunur. O, bir sıra poetik gecə səhnələri yaratmışdır. O, bəzən fiqurları həndəsi (hətta kubik) formalara endirən məhsuldar nəqqaş idi.Lauro Magnani. "Cambiaso, Luca." Grove Art Online. Oxford Art Online. Oxford University Press. Web. 14 Mar. 2016 O, "Luçetto da Genova" kimi tanınırdı.

Həyatı

Kambiazo o vaxtlar Genuya Respublikasının bir hissəsi olan Monelia şəhərində Covanni Kambiazo adlı bir rəssamın ailəsində anadan olub.

Kambiazo vaxtından əvvəl yetkinləşmişdi və on beş yaşında atası ilə birlikdə Genuyadakı bir evin fasadına Ovidin "Metamorfoza" əsərindən bəzi süjetlər çəkmişdi. 1544-cü ildə, on yeddi yaşında, o, indi Prefettura adlanan Palazzo Dorianın bəzədilməsində iştirak etmiş, bəlkə də atasının nəslinin rəssamı Marcantonio Calvi ilə birlikdə işləmişdir. O, Covanni Battista Kastello ilə əməkdaşlıq edərək San Matteo kilsəsinin tağlarının bəzədilməsində kömək etmişdir. Onun San Bartolomeo degli Armeni üçün çəkdiyi "Dirilmə" və "Transfiqurasiya" qurbangahları təxminən 1560-cı ilə aiddir. 1563-cü ildə o, Montalto Liquredə San Covanni Battista üçün "Dirilmə" əsərini çəkmişdir.

İstinadlar

Xarici keçidlər Cambiaso exhibition at the Blanton Museum CAA review of the exhibition at the Blanton Mustem Cambiaso exhibition at the Palazzo Ducale in Genoa

Genoa : drawings and prints, 1530-1800, fully digitized text from The Metropolitan Museum of Art libraries (see index) Scholarly articles about the Circle of Luca Cambiaso both in web and PDF @ the Spanish Old Masters Gallery

Kateqoriya:18 oktyabrda doğulanlar Kateqoriya:1527-ci ildə doğulanlar Kateqoriya:Genuya əyalətində doğulanlar Kateqoriya:6 sentyabrda vəfat edənlər Kateqoriya:1585-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri