Oxu.Az — Azərbaycan xəbər veb-saytı. 1 iyul 2013-cü ildən fəaliyyət göstərir. Saytın dünyada və ölkədə baş verən vacib və maraqlı xəbərləri təqdim edir.

Fəaliyyəti Sayt gündəlik yüzlərlə xəbər yayımlayır və 24/7 rejimində fəaliyyət göstərir. Məzmun yerli və beynəlxalq hadisələri əhatə edir, xüsusilə Azərbaycan, Türkiyə və Rusiya ilə bağlı xəbərlərə diqqət yetirilir. Auditoriya genişdir: gənclər üçün qısa videolar və infografikalar, peşəkarlar üçün dərin təhlillər mövcuddur

Sayt Azərbaycan media mühitində hökumətə yaxın media orqanları arasında yer alır.

Müstəqil AHREFS TOP portalının məlumatlarına görə, 2025-ci ilin nəticələrinə əsasən, sayt Azərbaycanın ən çox ziyarət edilən 10 saytı sırasına daxil olub və Azərbaycanın ən çox oxunan xəbər resursu olub.

Sayt Azərbaycanın ən böyük media ailəsinin — "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.

Saytın baş redaktoru Ülvi Səfərovdur.

Uğurları Sayt 2022-ci ildən etibarən ISO 9001:2015 — Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 — Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 beynəlxalq ISO standartları üzrə sertifikatlara malikdir.

İctimai-siyasi saytlar kateqoriyasında 2021-ci ilin internet saytı Milli mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə Oxu. Az saytının baş redaktor müavini Ülviyyə Gülməmmədova "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə Oxu. Az saytının baş redaktor müavini Ülviyyə Gülməmmədova "Tərəqqi" medalı ilə təltif edilib

Hücumlar və bloklamalar 24 mart 2022-ci ildə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiyalara Nəzarət Federal Xidməti (Roskomnadzor) Rusiya-Ukrayna müharibəsi ilə bağlı yayımlanan xəbərlərə görə "Oxu.Az" saytına Rusiyadan giriş məhdudlaşdırıb.

23 fevral 2025-ci ildə "Global Media Group"a daxil olan "Report.az", "Oxu.az", "Media.az", "Baku TV", "Caliber.az" və "Baku.ws" saytlarına genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib. Bu səbəbdən saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:2013-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan kütləvi informasiya vasitələri Kateqoriya:Azərbaycan xəbər veb-saytları Kateqoriya:Əlifba sırasına görə şirkətlər Kateqoriya:Azərbaycan şirkətləri