Tibet Ağırtan () — Türkiyə rok musiqiçisi.
Həyatı Tibet Ağırtan 1965-ci ildə Türkiyənin Mersin ilində anadan olub.
Təhsili Tarsus Amerika Liseyinin məzunu olub.
O, Boğaziçi Universitetində Sənaye mühəndisliyi, sonradan isə Elektronika mühəndisliyi (səs texnologiyası və səs mühəndisliyi) üzrə, Avstraliyadakı Viktoriya Universitetində Kompüter və riyaziyyat mühəndisliyi üzrə təhsil alıb.
Şimali Melburn Musiqi Akademiyasında isə simfonik caz üzrə qiyabi təhsil alıb. Vokal yarışlarında dünya çempionu olan David Jaanzdan vokal dərsləri alıb.
Karyerası Tibet Ağırtanın səhnə ilə ilk tanışlığı təhsil aldığı liseyin musiqi qruplarında olub. 1980-ci ildə Tarsus Amerika Liseyində "ECHO'83" adı ilə qurulan rok qrupu 1984-cü ildə adını "Mavi Sakal" () olaraq dəyişdirdi. Həmin qrupun təsisində rol oynayan Tibet 1994-cü ilədək vokalçısı olub.
1992-ci ildə Avstraliyaya köçüb, 1995-ci ildə qrupdan ayrılıb və solo fəaliyyətə başlayıb.
O, 1995-ci ildə "Yat Geliyorum" (), 1997-ci ildə "Kalk Gidiyorum" () adlı iki solo albom buraxıb. Bir müddət barlarda "Kırık Kalpler" () qrupu ilə çalışıb. Sənətçi 2005-ci ildə Tanju Eren, Korhan Karuşağı, Merih Aydın və Nedim Tanyolaç ilə birlikdə rok qrupunu yenidən canlandırıb və bir çox festivallarda çıxış edib.
1999-cu ildə Avstraliyada "Gece" () adlı albom buraxıb. Bu albomda Murat Yücel və avstraliyalı yoldaşları ilə birlikdə klassik türk xalq mahnılarını dünya musiqisi formatında şərh edib.
"Zardanadam" rok qrupunun "Dibini Gör" (2005) albomunun prodüseri olub.
2006-cı ildə o, Murat Tümer, Taylan Dedeoğlu və Batur Yurtsever ilə Mavi Sakalın "Son…ki..beş..on" albomunda yenidən bir araya gəlib.
2012-ci ildə "Pincer" () adlı üçüncü solo albomunu buraxıb.
Həmçinin bax Rok Türk rok musiqisi Mavi Sakal
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türk musiqiçilər Kateqoriya:Rok müğənniləri Kateqoriya:Türkiyə müğənniləri