Sürəyya Örgəəvrən () və ya Örgə Əvrən (; ) — Türkiyə siyasətçisi.

Həyatı İstanbul Hüquq Məktəbini bitirmişdir. Peşə fəaliyyətinə Razlıp, Taşoz ilçəsi prokurorluğunda başlamış, daha sonra Ədrəmit prokuroru, Qarahasarı-Sahib Bidayət Məhkəməsinin sədri, Heyrəbolu müstəqil hakim köməkçisi, məhkəmə vəkili, Aydın sülh hakimi kimi vəzifələrdə çalışmışdır. Eyni zamanda, yazarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Türkiyə Böyük Millət Məclisində II çağırışda Karesi, IV çağırışda Aksaray, V, VII və VIII çağırışlarda Balıkesir, VI çağırışda isə Bitlis millət vəkili olmuşdur. II çağırış dövründə Diyarbəkir İstiqlal Məhkəməsinin prokuroru vəzifəsini icra etmişdir. Məhkəmə fəaliyyətinin ilkin mərhələsində əsasən İstanbulda yaşayan kürd elitasını, xüsusilə Kürdüstanın Yüksəlişi Cəmiyyətinin keçmiş üzvlərini hədəf almış və onların bir qismini ölüm cəzasına məhkum etmişdir. Cəmiyyətin keçmiş rəhbərləri Seyyid Əbdülqədir və onun oğlu Seyyid Mehmed, Fuad Berxo və jurnalist Hizanizadə Kamal Fövzi 27 may 1925-ci ildə Diyarbəkir Ulu məscidinin qarşısında edam edilmişdir. Məhkəmənin çıxardığı hökmlər qəti xarakter daşıyır və apellyasiya qaydasında şikayət edilə bilmirdi.

İstiqlal məhkəməsin üzrə fəaliyyəti ilə bağlı xatirələrini 1957-ci ildə "Dünya" qəzetində dərc etdirmişdir. Daha sonra bu xatirələrini "Şeyh Sait İsyanı ve Şark İstiklal Mahkemesi Vesikalar, Olaylar, Hatıralar" adlı kitabda toplamışdır. Bu əsər "Şeyh Sait İsyanı ve Şark İstiklal Mahkemesi" və oxşar adlarla müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunmuşdur. Bundan əlavə, "Çakırcalı (Çakıcı) Mehmet Efe" adlı kitabın, həmçinin 1942-ci ildə nəşr edilmiş "Gürtel Halk Şiirleri" adlı şeir kitabının müəllifidir.

Şəxsi həyatı Evli idi və dörd övladı var idi.

İstinadlar

Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları