Mətin Kaçan (; ) — türk roman yazıçısı, hekayə yazıçısı və ssenaristi.
Həyatı Mətin Kaçan 1961-ci ildə Kayserinin İncesu bölgəsində anadan olmuşdur. Altı aylıq olarkən ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Atası bərbərxana işlədirdi. Kasımpaşa Liseyini ikinci sinifdə tərk etmiş, müxtəlif ixtisas tələb etməyən işlərdə çalışmışdır.https://web.archive.org/web/20160304121118/http://www.kultur.gov.tr/EN,38135/kacan-metin.html Mətin Kaçanın böyük qardaşı karikaturaçı rəssam Həsən Kaçan, kiçik qardaşı isə Kurtlar Vadisi serialında Pürmüz Hasan obrazını canlandıran aktyor Fatih Kaçandır. 1995-ci ilin fevral ayında Metin Kaçan və Alp Buğdaycı Günəş K. adlı qadına qarşı törədildiyi iddia edilən ağır cinayətlərlə əlaqədar olaraq məhkəmə tərəfindən həbs cəzasına məhkum edilmişdirlər.https://web.archive.org/web/20190608004807/http://www.baskahaber.org/2013/01/bir-kadn-ugruna-tadmz-kacmasn-agalar.html#) Kaçan həbsdə olduğu müddətdə müxtəlif zorakılıqlara məruz qalmışdır. Bu hadisə ilə bağlı Ayşe Armana verdiyi müsahibədə baş verənləri dəqiq xatırlamadığını, hadisənin sonradan mediada gördüyü görüntülərlə özünə də inanılmaz gəldiyini bildirmişdir.
Yaradıcılığı
Gənclik illərində satirik-yumoristik jurnallarıda yazılar yazmağa başlamışdır. İlk məqaləsi 1985-ci ildə "Gırgır" jurnalında dərc olunmuşdur. Ədəbiyyat dünyasına qısa hekayələrlə daxil olmuş, "Jak Laban" və "Andante" təxəllüsləri ilə yazılar yazmışdır.
Daha sonra "Ağır roman" adlı əsəri işıq üzü görmüş, ssenariləşdirilərək filmə çəkilmişdir. Ardınca Kemal Aratan ilə bərabər narkotik istifadə edən küçə uşaqlarının həyatından bəhs edən "İstədikləri yerə gedənlər" kitabını yazmışdır.
"Ağır roman" 2003-cü ildə, "Fındık Sekiz" isə 2008-ci ildə alman dilinə tərcümə olunmuşdur. Fransız dilinə də tərcümə edilən "Ağır roman" 2012-ci ildə nəşr edilmişdir.
Kitabları 1989. Jaklaban və Andante imzasıyla: Graffiti. İstanbul: Joker Yayınları. 1991. Kaçan, Mətin; Aratan, Kemal: İstedikleri Yere Gidenler. İstanbul: Joker Yayınları. 1990. Kaçan, Mətin: Ağır Roman. İstanbul: Metis Yayınları 1997. Kaçan, Mətin: Fındık Sekiz. İstanbul: Can Yayınları. 1999. Kaçan, Mətin: Harman Kaplan. İstanbul: Can Yayınları. 2002. Kaçan, Mətin: Adalara gedən bərə. İstanbul: Can Yayınları. 2003. Kaçan, Mətin: Cholera Blues. Berlin: Dağyeli. 2005. Kaçan, Mətin: Cervantesin qohumu. Istanbul: Can Yayınları. 2008. Kaçan, Mətin: Haselnuss 8. Berlin, Dağyeli. Yalançı hekayələr 9 Yazar, 9 hekayə
Ölümü
Metin Kaçan 6 yanvar 2013-cü ildə İstanbulda intihar etmişdir.https://525.az/news/4431-taninmis-yazici-intihar-etdihttps://web.archive.org/web/20160304102231/http://www.ensonhaber.com/agir-romanin-yazari-metin-kacan-intihar-etti-2013-01-08.html Qardaşı Həsən Kaçan, 28 fevral prosesindən sonra Mətin Kaçan haqqında aparılan ictimai linç kampaniyasının onun psixoloji vəziyyətinə ağır təsir etdiyini və bu prosesdə dövrün mediasının məsuliyyət daşıdığını bildirmişdir. Mətin Kaçanın cəsədi ölümündən 16 gün sonra tapılmış və Ədirnəqapı qəbiristanlığında dəfn olunmuşdur.https://web.archive.org/web/20130403103545/http://www.focushaber.com/-metin-benim-yuzumden-intihar-etti--h-243073.html
İstinadlar
Kateqoriya:Türk yazıçılar