Viktor Brauner ( [ˈviktor ˈbrawner]; ) — sürrealist hərəkatının rumın rəssamı və heykəltəraşı.

Erkən həyatı

O, Rumıniyanın Pyatra Nyamts şəhərində bir yəhudi ağac istehsalçısının ailəsində anadan olub və sonradan ailəsi ilə birlikdə bir neçə il Vyanada məskunlaşıb. Gənc Viktor orada ibtidai məktəbdə oxuyub. Ailəsi 1914-cü ildə Rumıniyaya qayıtdıqdan sonra təhsilini Breiladakı Lüteran məktəbində davam etdirib. Bu dövrdə maraqları zoologiya ilə bağlı olub.

O, Buxarestdəki Milli İncəsənət Məktəbində (1916–1918) və Horia İgirosanu özəl rəssamlıq məktəbindəIMDb: Horia İgiroșanu oxuyub. O, Feltiçeni və Balçik şəhərlərini ziyarət edib və Pol Sezan üslubunda mənzərələr çəkməyə başlayıb. Daha sonra, özünün də şahidlik etdiyi kimi, bütün mərhələlərdən keçib: "Dadaist, Abstraksionist, Ekspressionist".

26 sentyabr 1924-cü ildə Buxarestdəki Motsart Qalereyasında onun ilk fərdi sərgisi keçirildi. Həmin dövrdə o, şair İlarie Voronka ilə tanış oldu və onunla birlikdə "75HP" jurnalını təsis etdi. Brauner məhz bu jurnalda "Pictopoetry" manifestini və "Surrasionalizm" məqaləsini dərc etdi. O, "Georq Qross üslubunda" "Kabaredə Məsih" və "Ferdinand Hodler üslubunda" "Fabrikdəki Qız" əsərlərini çəkdi və nümayiş etdirdi. 1924-cü ilin noyabr ayında "Contimporanul" sərgisində iştirak etdi.

İstinadlar

Xarici keçidlər

Victor Brauner biography Biography at Guggenheim Museum Biography at 3d-dali.com Zentralinstitut für Kunstgeschichte – OPAC: German archive listing of 1961 New York solo exhibition catalogue: "Victor Brauner: paintings, encaustics, drawings; 1932 – 1959" / Bodley Gallery; New York, 1961. Victor Brauner

Kateqoriya:15 iyunda doğulanlar Kateqoriya:1903-cü ildə doğulanlar Kateqoriya:12 martda vəfat edənlər Kateqoriya:1966-cı ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Rumıniya rəssamları Kateqoriya:Monmartr qəbiristanlığında dəfn olunanlar