Nəşə Aybəy (, qızlıq soyadı Duyar; ) — Türkiyə rəssamı, miniatürçüsü və akademiki. O, Osmanlı kitab sənətinin tərkib hissəsi olan və ənənəvi Türkiyə incəsənətinin növlərindən sayılan miniatür sənəti sahəsində fəaliyyət göstərmişdir. O, heykəltəraş Gürdal Duyarın böyük bacısı idi.

Erkən həyatı

Nəşə Aybey 2 mart 1930-cu ildə Fikri Duyar və Nəzahət Duyarın (qızlıq soyadı Ərişkin) ailəsində ikinci uşaq olaraq Neşe Duyar adı ilə anadan olmuşdur. O, heykəltəraş Gürdal Duyarın (1935–2004) böyük bacısı, Ərdal Duyarın (1927–1975) isə kiçik bacısı idi. Nəşə Aybey daxili xəstəliklər üzrə həkim və şair olan Həsən Rauf Aybey ilə (1921–2005) ailə qurmuşdur.

Fəaliyyəti O, 1940-cı illərdə İstanbul Gözəl Sənətlər Akademiyasını bitirmiş, burada Hüseyn Tahirzadə Behzadın tələbəsi olmuş və eyni zamanda miniatür və təzhib ixtisasları üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra peşəkar rəssam və miniatürçü kimi fəaliyyət göstərmiş, eyni zamanda "XX əsrdə Türkiyə miniatür sənəti" adlı əsərin müəllifi olmuşdur (1979).

1960-cı il hərbi çevrilişindən sonra yaranmış siyasi şəraitdə bağlanmış Ənənəvi Türk Sənətləri bölməsinin yenidən fəaliyyətə başlaması və 1976-cı ildə Gözəl Sənətlər Akademiyasında Ənənəvi Türk Əl Sənətləri kafedrasının yaradılması ilə Nəşə Aybəy həmin akademiyada miniatür müəllimi kimi çalışmışdır. O həmçinin, Basın Muzeyində, eləcə də Memar Sinan Universitetinə qəbul imtahanlarına hazırlaşanlar üçün Qanmsız Atelyesində keçirilən xüsusi kurslarda miniatür dərsləri vermişdir. Bu kurslarda o, heykəltəraşlıq üzrə ixtisaslaşmış qardaşı Gürdal Duyar, eləcə də Leyla Qamsız, Mahmud Cuda, Avni Arbaş, Nevin Çokay, Gülər Diler, Məsud Üldaş və Edis Tezel kimi sənətkarlarla birlikdə fəaliyyət göstərmişdir.

Onun orijinal rəsm və miniatür sərgilərindən biri 1999-cu ildə təşkil edilmişdir. Həmin sərgidə nümayiş etdirilən "Şeküre ve Kara" (1999) adlı miniatür və rəsm əsərləri Orxan Pamukun "Mənim adım ~ırmızı" adlı romanından ilhamlanmışdır. Sərgi "Galeri 3K"da keçirilmiş və Nəşə Aybəyin dostu olan Nazan Akpınarın rəsm sərgisi ilə eyni vaxtda təqdim edilmişdir. Onun Manolyalı Qız adlı rəsm əsəri 2021–2022-ci illərdə "Meşher"də keçirilən "Mən–Sən–Onlar: Rəssam Qadınların Bir Əsri" adlı sərgidə nümayiş etdirilmiş və sərginin bannerində istifadə olunmuşdur. Kağız üzərində quaş texnikası ilə işlənmiş bu əsərlə yanaşı, 1957-ci ilə aid köçürmə kağızı üzərində qələm çəkilişi də həmin sərgidə yer almışdır. Neşe Aybey yaradıcılığında ənənəvi motivlərdən, naxış və xətlərdən istifadə etmiş, eyni zamanda xalça motivlərinin eskizlərini hazırlamışdır.

Nəşə Aybəy 4 yanvar 2015-ci ildə vəfat etmişdir. Onun dəfn mərasimi 6 yanvar 2015-ci ildə Mərkəz Əfəndi məscidində keçirilmiş, daha sonra Mərkəzəfəndi qəbiristanlığında dəfn edilmişdir.

Əsərləri

Sərgiləri Fine Arts Union-Painters Society 67. Istanbul Mixed Exhibition, Tunnel Anadolu Bank Art Gallery Beyoğlu, (23 January – 9 February) 1985 Resimlerle Yaşayanlar, Alarko Sanat Galerisi, (−23 December) 1988 Neşe Aybey:Özgün Minyatür ve Resim Sergisi [Neşe Aybeys original miniature and painting exhibition], Galeri 3K, (3 November – 7 December) 1999 90th Anniversary of the Ottoman Painters Society, Istanbul Military Museum, (23 December 1999 – 10 January 2000) 1999–2000 Fine Arts Union Exhibition, Taksim Pera Art Gallery, (3 – 24 October) 2004 Fine Arts Union-Painters Society 96th Anniversary Spring Exhibition, Istanbul Metropolitan Municipality-Taksim Art Gallery, (12 – 25 April) 2005 Fine Arts Union-Painters Society, Ataturk Cultural Center, (13 – 28 September) 2006 Fine Arts Union-Painters Society 99th Anniversary Exhibition, Istanbul Metropolitan Municipality-Taksim Art Gallery, 2008 Ben-Sen-Onlar: Sanatçı Kadınların Yüzyılı [I-You-They: A Century of Artist Women], Meşher, (9 October 2021 – 29 May 2022) 2021–2022

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları