Əl-Əsl () və ya əl-Məbsut () — "Zahirur-Rəvayə"yə daxil olan altı əsərdən biri.

Müəllif Əsərin müəllifi əsərləri ilə Hənəfi məzhəbinin sistemləşməsində böyük rol oynamış Məhəmməd ibn Həsən əş-Şeybanidir.

Əsər Əsər Hənəfi fəqihlər tərəfindən "əl-Kitab əs-Sittə" adlandırılan "Zahirur-Rəvayə" adlı fiqhi məcmuənin altı kitabdan ilk və ən həcmlisidir. Əsərdə Əbu Hənifənin görüşləri əsas götürülmüşdür. Lakin müəllif əsərdə Əbu Yusif və özünün görüşlərinə də yer vermişdir. İxtilafın qeyd edilmədiyi yerlərdə Əbu Hənifə ilə iki tələbəsinin eyni fikirdə olduğu anlaşılır. Bəzi yerlərdə İbn Əbu Leylanın da fərqi fikirlərinə yer verilmişdir. Əsərdə ümumi olaraq fiqhi təlillərə yer verilməmişdir. Əsər müəllifin bir çox tələbəsi tərəfindən rəvayət edilmişdir. Bu rəvayətlərin ən mühümü Əbu Süleyman əl-Cövzcaniyə məxsusdur. "əl-Əsl"in daxil olduğu əsərlər toplusu Hakimi-Şəhid tərəfindən "əl-Kafi" adı ilə xülasə edilmişdir. "əl-Kafi" də, daha sonra, Səraxsi tərəfindən şərh edilmişdir. "əl-Məbsut" adlanan bu əsər otuz cild halında nəşr olunmuşdur. Səraxsi, "əl-Məbsut"un bir hissəsini həbsdə olanda öz tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində "əl-Məbsut" adlı başqa əsərlərdə mövcuddur və bu məbsutlar öz müəlliflərinin adları ilə xatırlanırlar. Bunlar Məhəmməd ibn Həsən əş-Şeybanin "əl-Məbsut" (əl-Əsl) adlı əsərinin şərhləridir. Səraxsinin "əl-Məbsut" Hənəfi fiqhinin ən mötəbər kitablarından biri olub, əsərdə məsələlərin söykəndiyi dəlillər qeyd edilmişdir. Əsər Əbdürrəhim ibn Əbu İsam əl-Belxi tərəfindən də ixtisar edilmişdir.

Əsərin müxtəlif kitabxanalarda nüsxələri mövcuddur. Əsərin bəzi hissələri ilk dəfə Şəfiq Şəhətə ilə Əbül-Vəfa əl-Əfqani tərəfindən nəşr olunmuşdur (I cild, Qahirə 1954; I–IV, Kəraçi, tarixsiz; Beyrut 1990). Əsərin bütövlükdə ilk nəşri "İdarətül-Quran vəl-ülumil-İslamiyyə" tərəfindən 5 halında reallaşdırılmışdır. Əsərin ən uğurlu nəşrini Məhəmməd Boynuqalın həyata keçirmişdir. (I–XII, Beyrut 2012).

Həmçinin bax Sünni kitablarının siyahısı Hənəfilik

İstinadlar