"Hey" — Türkiyənin gənclər üçün nəzərdə tutulmuş musiqi jurnalı. Türkiyənin ilk tək gənclik və musiqi jurnalı idi. 1970–1989-cu illər və 1994-cü ildə fəaliyyət göstərmiş jurnal Türkiyədəki ən yüksək tirajlı mətbuat nümunələrindən idi.

Tarixi "Hey" jurnalı 1970-ci təsis olunub. Juralın ilk sayı 18 noyabr 1970-ci ildə "Milliyet" qəzetinin əlavəsi olaraq yayımlanmışdır. Daha sonralaar müstəqil jurnal kimi yayımlanmışdır. "Hey" Karacan Medya Grupun nəzdində fəaliyyət göstərirdi.

Jurnal Doğan Şener tərəfindən təsis olunub. O, həmçinin uzun müddət jurnalın baş redaktoru olmuşdur. 1980-ci illərin ortalarında jurnalın baş redaktoru Hulusi Tunca olmuşdur.

Jurnalda, əsasən, musiqi siyahıları, radio proqram siyahıları və məktub yoldaşlığı bölmələri yayımlanırdı. Jurnal, demək olar ki, bütün musiqi janrlarını, o cümlədən, türk pop və xalq musiqisini əhatə edirdi. Həmçinin film və moda haqqında xəbərlər və məqalələr də dərc olunurdu. Daimi müəlliflər arasında Yener Süsoy, Erhan Akyıldız, Arda Uskan ve Ercüment Akman da var idi. "Hey" jurnalı bağlanışa yaxın gənc qızlara yönəlmiş "Hey Girl" adlı əlavə də nəşr etdirirdi.

"Hey" türk gəncləri arasında populyar olduğu dövrdə həftəlik 60.000 tirajla nəşr olunurdu. 1980-ci ildə tirajı 100.000-ə çatmışdı. "Hey" jurnalı 28 iyun 1988-ci ildə aylıq nəşrə çevrilənə qədər həftəlik nəşr olunurdu. Jurnal 15 mart 1989-cu ildə nəşrini dayandırdı. 1994-cü ilin aprel ayında Doğan Media Qrupu tərəfindən "Milliyet" qəzetinin həftəlik əlavəsi olaraq yenidən nəşr olunmağa başladı. Lakin jurnal 1994-cü ilin sentyabrında yenidən nəşrini dayandırdı.

Curcuna "Curcuna" 1980-ci ilin ikinci yarısında "Hey" jurnalının yumor əlavəsi kimi cəmi 10 həftə nəşr olunub. Bu jurnalın redaktoru karikaturaçı Nuri Kurtcebe olub. Jurnalın əsas yazıçıları və illüstratorları arasında Necdet Şen, Kandemir Konduk, Kemal Gökhan Gürses, Levent Tarhan və Fatih Aydoğdu var idi.

İstinadlar

Kateqoriya:Türkiyə jurnalları Kateqoriya:Musiqi jurnalları