Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi — Azərbaycanın BƏƏ-də diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını Birləşmiş Ərəb Əmirliklərində təmsil edir və Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını BƏƏ-də təmsil edir.

Azərbaycan və BƏƏ Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.

2012-ci ildə Azərbaycan Respublikasının Dubayda Baş Konsulluğu təsis edilib.Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2022-ci ildən Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiridir.E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Emil Qasımzadə Azərbaycanın BƏƏ-də konsuludur.

Tarixi

Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il, 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.

Azərbaycan Respublikası ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur.

1994-cü ildə Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı səfirini Azərbaycana akkreditə etmişdir.

1997-ci ilin 11 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisinin "Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi" haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir.İkitərəfli əlaqələri

2001-ci ilin iyunun 16-dan etibarən Azərbaycan Respublikasının Səfirliyi BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.

Parlamentlərarası əlaqələri Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan —BƏƏ Parlamentlərarası əlaqələri üzrə işçi qrupu təsis edilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasında BƏƏ — Asiya (Azərbaycan daxil) parlamentlərarası dostluq qrupu yaradılıb.

Səfirlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Azərbaycan Respublikasını BƏƏ-də təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuEldar Səlimov 2001E. N. Səlimovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 2001Elxan Qəhrəmanov E.C.QƏHRƏMANOVUN AZƏRBAYCAN RESPUBLİKASININ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 20092014 Daşqın Şikarov 20162019Mahir Əliyev 2019-202220192022Elçin Bağırov 2022

Viza Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə viza tələb olunmadan daxil ola bilirlər. Bu vizasız rejim çərçivəsində Azərbaycan vətəndaşı ölkəyə giriş zamanı hava limanında xarici pasportunu təqdim edir və 3 ay ərzində bu ölkədə qalmaq icazəsinı alır.Dubay Səyahəti Üçün Viza Lazımdır?

Həmçinin bax Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda səfirliyi

İstinadlar

Xarici keçidlər United Arab Emirates Ministry of Foreigh Affairs Embassy of the Republic of Azerbaijan to the United Arab Emirates İnstagram

Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycan–BƏƏ münasibətləri Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:BƏƏ-nin ikitərəfli əlaqələri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri