Əliyev Mürşüd Mikayıl oğlu () — Sosialist əməyi qəhrəmanı (1947).

Həyatı 1 iyun 1906-cı ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuşdur. 1941-ci ildən 1963-cü ilə kimi Orconikidze adına kolxozun tarla brigadalarından birinə rəhbərlik etmişdir. 22 ildən çox brigadir vəzifəsində işləmiş və həmin illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində, xüsusilə pambıqçılıqda yüksək nailiyyətlər qazanmışdır.

1947-ci ildə əmək nümunəsi qiymətləndirilərək ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.ƏLİYEV Mürşüd Mikayıl oğlu

2 dəfə Lenin ordeni ilə təltif olunmusdur.

12 iyul 1970-ci ildə vəfat etmiş, Mahrızlı kənd qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:SSRİ bitkiçiləri