XV Bakı Beynəlxalq Film Festivalı — 2024-cü il oktyabrın 4-dən 8-ə qədər Bakıda keçirilmiş film festivalı. Festivalda ümumilikdə 26 ölkəni təmsil edən 79 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulub.
Nizami Kino Mərkəzində baş tutmuş festivalda rejissor Asxat Kuçinçirekovun "Baurına salu" filmi, rejissor Şakir Xolikovun "Bazar günü" filmi, rejissor Baran Gündüzalp "Rosinante" filmi, rejissor Cansu Baydarın "Demək olar tamamilə yanlışdır" filmi, rejissor Rufat Rayın "Quyu" filmi festivalın baş mükafatı olan "Qızıl Nar"a layiq görülüblər.
Haqqında XV Bakı Beynəlxalq Film Festivalı 2024-cü il oktyabrın 4-də fəaliyyətə başlayıb. Festivalın açılış mərasimi 2024-cü il oktyabrın 5-də Nizami Kino Mərkəzində baş tutub. Sayca 15-ci olan Bakı Beynəlxalq Film Festivalına ümumilikdə 800-ə qədər film müaricət edib. Nizami Kino Mərkəzində baş tutmuş festivalda 26 ölkəni əhatə edən 79 film nümayiş olunub. 15-ci festivalda ilk dəfə olaraq tammetrajlı filmlərin müsabiqəsi də keçirilib.
Festivalın "Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi"ndə yarışan filmləri Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, "Qızıl qlobus" mükafatına layiq görülən rejissor Siddiq Barmak, Venesiya, Rotterdam kinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissor Mahmut Fazıl Coşkun, "Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi"ndə yarışan filmləri Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən biri olan kinorejissor İsmayıl Münsif, "İskusstvo kino" jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev, "Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi"ndə yarışan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşov və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk, "Yerli Qısametrajlı Film Müsabiqəsi"ndə isə filmləri "Tağıyev" filminin müəllifi, rejissor Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoru və prodüseri olan Can Özbatur, rejissor İradə Gözəlova, İsveçrənin "AVANTİ" layihəsinin sənədli filmlər bölməsində qalib olmuş, rejissor, ssenarist Nəsimi Əliyev qiymətləndiriblər.
Festivalın müsabiqədənkənar bölmələrində də müxtəlif təqdimatlar olub. "Dili bizim" bölməsində cənubi azərbaycanlı rejissorlar tərəfindən Azərbaycan dilində çəkilmiş "Gəlincik" (rejissor Əsgər Yusifinejad), "Mərkəzi xəstəxana" (rejissorlar Vahid Nami, Navid Nami), "Çanaq " (rejissor Mehdi Behzadpur), "Öküz " (rejissor Səməd Qurbanzadə), "Şəxsi parkinq" (rejissor Babək Dəsine), "Avrin sazı" (rejissor Yaqub Əkbərian) və "Dil" (rejissor Məhəmməd Siyaməkniya) adlı 7 film nümayiş olunub. Festivalda İsmayıl Münsifin "Kömür" filminin Azərbaycan premyerası keçirilib. "British Council"lə əməkdaşlığın nəticəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən BAFTA mükafatına namizədlərin xüsusi nümayişi baş tutub.
2024-cü il oktyabrın 8-də Nizami Kino Mərkəzində festivalın bağlanış və mükafatlandırma mərasimi keçirilib. Qaliblər nominasiyalar üzrə "Qızıl nar" mükafatı və xüsusi diplomlarla təltif olunublar.
"Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi"ndə "Ən yaxşı təsvir rejissoru" nominasiyasında "Tənha insanın monoloqu" filmi (rejissor Emin Əfəndiyev, təsvir rejissoru Daniel Quliyev), "Ən yaxşı ssenari" nominasiyasında "Bazar günü" filmi (rejissor Şakir Xolikov / Özbəkistan), "Ən yaxşı rejissor" nominasiyasında "Rosinante" filmi (rejissor Baran Gündüzalp / Türkiyə), "Ən yaxşı tammetrajlı film" nominasiyasında "Baurına salu" filmi (rejissor Asxat Kuçinçirekov / Qazaxıstan), Münsiflər heyətinin xüsusi mükafatı nominasiyasında isə "Balam" filmi (rejissor İra Bas / Rusiya) qalib olub.
"Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi"ndə "Ən yaxşı animasiya filmi" nominasiyasında "Atamın məktubları" (rejissor Aleksey Yevstinqneyev / Fransa), "Ən yaxşı sənədli film" nominasiyasında "Valeriya" (rejissor Sara Yurinçik / Xorvatiya), "Ən yaxşı rejissor" nominasiyasında "Çuxur" filmi (rejissorlar Kristian Bekə və Oliver Şvabe / Almaniya), "Ən yaxşı bədii film" nominasiyasında "Demək olar tamamilə yanlışdır" (rejissor Cansu Baydar / Türkiyə), Münsiflər heyətinin xüsusi qeydi nominasiyasında "Taksidermist" filmi (rejissorlar Behzad Alavi və Süsən Salamat Çaqoşi / İran) və "Acqarına getməyək" filmi (rejissor Yigit Hepsev / Türkiyə) qalib olub.
"Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi"ndə "Ən yaxşı film" nominasiyasında "Fələstin adaları" (rejissorlar Nur Ben Selem və Jülyen Menantu), Münsiflərin xüsusi mükafatı nominasiyasında "Bədən alverçisi" (rejissor Alireza Şakeri / İran) Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı nominasiyasında "Umeşin xronikası" (rejissor Puca Kaul / Hindistan) və "Səsin arzusu" (rejissor Şinyu Kan / Koreya) filmləri, Münsiflər heyətinin xüsusi mükafatı nominasiyasında "Baba haqqı" sənədli filmi (rejissor Nicat Qulam) qalib olub.
"Yerli Qısametrajlı Film Müsabiqəsi"ndə "Ən yaxşı sənədli film" nominasiyasında "Babamın evi" (rejissor Leylaxanım Qənbərli), "Ən yaxşı ssenari" nominasiyasında "Şam bağı" (rejissor İlkin Umarov), "Ən yaxşı rejissor işi" nominasiyasında "Qırmızı planetin ikinci rəngi" (rejissor Azər Quliyev), "Ən yaxşı bədii film" nominasiyasında "Quyu" filmi (rejissor Rufat Ray) qalib olub.
Azərbaycan kinematoqrafiyasına verdikləri töhfələrə görə aktrisalar Həmidə Ömərova və Şükufə Yusupova "Qızıl nar" mükafatı ilə mükafatlandırılıblar.
Bağlanış mərasiminin sonunda festivalın qaliblərindən olan "Acqarına getməyək" və "Quyu" bədii qısametrajlı filmləri nümayiş olunub.
Münsiflər heyəti
Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi Hüseyn Mehdiyev Siddiq Barmak Mahmut Fazıl Coşkun
Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi İsmayıl Monsef Teymur Hacıyev Yevgeni Mayzel
Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi Eldar Yoldaşov Zümrə Ərtürk
Yerli Qısametrajlı Film Müsabiqəsi Zaur Qasımlı İradə Gözəlova Nəsimi Əliyev Can Özbatur
Qaliblər Müsabiqə Mükafat Film Rejissor Ölkə Beynəlxalq Debüt Tammetrajlı Bədii Film Müsabiqəsi Ən yaxşı tammetrajlı film "Baurına salu" Asxat Kuçinçirekov Ən yaxşı rejissor "Rosinante" Baran Gündüzalp Ən yaxşı ssenari "Bazar günü" Şakir Xolikov Ən yaxşı təsvir rejissoru "Tənha insanın monoloqu" rej. Emin Əfəndiyev, təsvir rej. Daniel Quliyev Münsiflər heyətinin xüsusi mükafatı "Balam" İra Bas Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı bədii film "Demək olar tamamilə yanlışdır " Cansu Baydar Ən yaxşı rejissor "Çuxur" Kristian Bekə, Oliver Şvabe Ən yaxşı sənədli film "Valeriya " Sara Yurinçik Ən yaxşı animasiya filmi "Atamın məktubları" Aleksey Yevstinqneyev Asiya İstedadları Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı film "Fələstin adaları" Nur Ben Selem, Jülyen Menantu Münsiflər heyətinin xüsusi mükafatı "Bədən alverçisi" Alireza Şakeri "Baba Hakkı" Nicat Qulam Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı "Umeşin xronikası" Puca Kaul "Səsin arzusu" Şinyu Kan Yerli Qısametrajlı Film Müsabiqəsi Ən yaxşı bədii film "Quyu" Rufat Ray Ən yaxşı sənədli film "Babamın evi" Leylaxanım Qənbərli Ən yaxşı tələbə filmi "Sükut" Ayşə Mirzəzadə Ən yaxşı sosial çarx "İkinci planetin qırmızı rəngi" Azər Quliyev Ən yaxşı rejissor "Şam bağı" İlkin Umarov
İstinadlar
Xarici keçidlər 15-ci Bakı Beynəlxalq Film Festivalı uğurla başa çatdı! / Yaradıcı
Kateqoriya:Bakı Beynəlxalq Film Festivalı