Set Lloyd (; ) — Amerikalı kvant informasiya alimi və Massaçusets Texnologiya İnstitutunun Mexanika Mühəndisliyi kafedrasının professorudur.

O, kvant informasiya elmində, o cümlədən kvant kompüteri üçün dizaynlar, kvant analoq hesablamaları, Şennon teoreminin kvant analoqları və kvant səhvlərinin korreksiyası və səs-küyün azaldılması metodları üzərində işləməsi ilə tanınır.

Bioqrafiyası

Lloyd 2 avqust 1960-cı ildə anadan olub. O, 1978-ci ildə Filips Akademiyasını bitirib və 1982-ci ildə Harvard Kollecindən bakalavr dərəcəsi alıb. Marşall təqaüdü alarkən 1983 və 1984-cü illərdə Kembric Universitetindən III hissəni və "MPhil" dərəcəsini tamamlayıb. Lloyd 1988-ci ildə Hayns Peycelsin məsləhəti ilə Rokfeller Universitetində fizika üzrə doktorluq dərəcəsi alıb.

1988-ci ildən 1991-ci ilə qədər Lloyd, Kaliforniya Texnologiya İnstitutunda Marri Gell-Man ilə birlikdə kvant sistemlərinə məlumatların tətbiqi üzərində işləyən postdoktoral tədqiqatçı, 1991-ci ildən 1994-cü ilə qədər isə Los Alamos Milli Laboratoriyasında kvant hesablamaları üzərində işləyən postdoktoral tədqiqatçı olmuşdur. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunun mexanika mühəndisliyi şöbəsinə qoşulmuşdur. Lloyd həmçinin Santa Fe İnstitutunda xarici müəllim heyətinin üzvü olmuşdur.

2007-ci ildə Amerika Fizika Cəmiyyətinin üzvü seçilmişdir. 2012-ci ildə Beynəlxalq Kvant Rabitəsi Mükafatına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Google Scholar page Personal web page

Kateqoriya:2 avqustda doğulanlar Kateqoriya:1960-cı ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Harvard Kollecinin məzunları Kateqoriya:Filips Akademiyasının məzunları Kateqoriya:Sirakuz Universitetinin məzunları Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri