Rəşid Sürəyya Gürsey (; ) — türk fizik və ədibi, Türkiyənin ilk radioloqlarından biri. Həyatı Rəşid Sürəyya Gürsey 1889-cu ildə Niğdə ilinin Bor ilçəsində zabit Həsən Hüsnü bəy və Zəkiyyə xanımın ailəsində anadan olub. Həsən Hüsnü bəyin təyinatları səbəbindən ailə müxtəlif şəhərlərdə yaşamalı olub. İbtidai təhsilini Kritdə, orta təhsilini isə Mərsində alıb. Daha sonra İstanbuldakı İbtidai təhsilini Kritdə, orta təhsilini isə Mersində almışdır. Daha sonra İstanbuldakı Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə daxil olsa da, 1908-ci ildə Tibb fakültəsinə keçib. Birinci Dünya müharibəsi zamanı hərbi həkim kimi xidmət edib. 1918-ci ildə Azərbaycana gedərək fizika müəllimi kimi işləməyə başlamışdır. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı ölkəsinə qayıtmış, müharibədən sonra Ankara və Niğdədə həkim işləmişdir. O, həmçinin bir müddət Niğdədə fizika və riyaziyyat müəllimi kimi çalışmış, tibb ixtisası üzrə təhsil almaq üçün xaricə gedərək radiologiya sahəsini seçmişdir. Fransadakı Sarbonna Universitetində və İngiltərədəki Kembric Universitetində Mariya Küri və Cozef Con Tomson kimi Nobel mükafatı laureatlarından dərs almışdır. Türkiyəyə qayıtdıqdan sonra, Tokat və Turhalda çalışmışdı. O dövr üçün çox təhlükəli peşə sayılan radiologiyadan imtina edərək, Quləli Hərbi Liseyində podpolkovnik rütbəsi ilə fizikadan dərs verməyə başladı. 1935-ci ildə təqaüdə çıxaraq, fizika üzrə ixtisaslaşmaq üçün Almaniya və Avstriyaya getdi. Nobel mükafatı laureatları Verner Heyzenberq və Ervin Şredingerdən dərs alıb. İkinci Dünya müharibəsi zamanı vətəninə qayıtsa da, müharibədən sonra ABŞ-də məskunlaşdı və 27 avqust 1962-ci ildə Amerikada vəfat etdi.Niğde il Kültür Müdürlüğü Ailəsi 20 aprel 1920-ci ildə Azərbaycanda olarkən, özü kimi Türkiyədən Azərbaycana gələn Rəmziyə Hisarla ailə həyatı qurub. Rəmziyə xanım (sonradan Remziye Hisar kimi tanınır) sonrakı illərdə Türkiyədə kimya üzrə ilk qadın alimi olub. Lakin cütlük 1930-cu ildə ayrılıb. Onların bu evlilikdən: Feza Gürsey ((1921-1992) tanınmış fizika alimi) və Deha Gürsey ((1924-2012) isə Beynəlxalq Psixologiya Assosiasiyasının yeganə türk üzvü) adlı oğul və qız övladları dünyaya gəlib.
Əziz Nesin və Rəşid Sürəyya Rəşid Sürəyya bir müddət Quləli Hərbi Liseyində məşhur yumorist Əziz Nesinlə birlikdə dərs deyib. Əziz Nesin "Böyle Gəlmiş Böyle Gitmez" adlı kitabında Rəşid Süreyyaya bir bölmə həsr etmişdir.
Nesin yazır ki, Ernest Rezerfordun tövsiyə məktubu ilə Amerikaya gedən Rəşid Sürəyya, nüvə texnologiyasının inkişafı ilə maraqlansa da, amerikalılar vətəndaşlıq şərti qoyduqda, tədqiqat mövzusunu dəyişdirərək, daxili yanma mühərrikləri üzərində işləməyə başlamışdır.Aziz Nesin Böyle Gitmiş Böyle Gitmez Cilt 3, sf 719
Əsərləri Radiumla müalicə Riyaziyyatın əsasları Fizika məsələləri Fizika bakalavriatı Top və mərmi səsləri Səsin vəziyyətini təyin edən cihazlar Ədəbi əsərləri Ədəbiyyat-i Cədidə (1912) Bir tilsimin naxışları (1929) Gecədən mahnılar (1941)
İstinadlar
Kateqoriya:Türkiyədən ABŞ-yə mühacirət edənlər Kateqoriya:Osmanlı imperiyası şəxsləri Kateqoriya:Türkiyə şairləri Kateqoriya:XX əsr şairləri