Bansuri — Hindistanmənşəli nəfəsli musiqi aləti. O, fleyta ailəsinə daxildir. Bansuri ənənəvi və klassik Hindustani musiqisində (Şimali Hindistan) geniş yayılmış müxtəlif fleytalar ailəsidir. Onlar bambuk saplaqlarından hazırlanır. Alətin yuxarı hissəsində 6-8, aşağı hissəsində isə bir dəlik var. Açıq dəlikli bansurilər (uzununa və ya fit kimi) və eninə konsert bansuriləri arasında fərq qoyulur. Uzun dəlikli bansuri adətən xalq musiqisində, eninə bansuri isə Hindistan klassik musiqisində istifadə olunur.
Maldarlar və onların adət-ənənələri ilə əlaqəli qədim musiqi aləti olan bu alət, Krişna və Radhanın əfsanəsi ilə sıx bağlıdır və təxminən eramızın 100-cü ilinə aid Buddizm rəsmlərində də təsvir edilmişdir. Venu kimi tanınan bansuri, Krişnanın ilahi aləti kimi hörmətlə qarşılanır və tez-tez Rasa-lila ilə əlaqələndirilir. Mifologiyada Krişnanın fleytada ifa etdiyi melodiyaların təkcə qadınları deyil, həm də heyvanları necə cəlb etdiyi və ovsunladığı qeyd olunur. Adətən 7 sm uzunluğunda olan Şimali Hindistan bansuri, ənənəvi olaraq müşayiət aləti kimi də istifadə olunurdu, məsələn, film musiqilərində.
Pandit Pannalal Qoş (1911–1960) bansurini adi xalq alətindən ciddi klassik musiqi alətinə çevirdi. O, bansurinin uzunluğu, diametri və dəliklərinin sayı ilə təcrübə apardı və daha uzun və daha geniş diametrli bansurinin aşağı oktavalardan daha yaxşı istifadəyə imkan verdiyi qənaətinə gəlmişdi. İstinadlar
Xarici keçidlər
Бансури // WorldMusicCenter.ru
Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri