Quan — (Çincə:管) Çinmənşəli nəfəsli musiqi aləti. O, qoboy ailəsinə daxildir. Əsasən qamışdan hazırlanır. Alət 8 və ya 9 çalma dəliyi olan silindrik lülədən ibarətdir. Şimali Çində ağacdan, cənubda isə bəzən qamış və ya bambukdan da hazırlanır. Dar ucu məftillə bağlanmış ikiqat qamış quanın dəliyinə daxil edilir. Alətin hər iki ucuna, bəzən də çalma dəlikləri arasına qalay və ya mis halqalar qoyulur. Quanın ümumi uzunluğu 200 ilə 450 mm arasında dəyişir, ən böyüyünün mis zəngi var.
Alətin uzunluğu 18-33 santimetrdir. Müasir quanın qamması xromatikdir, es1-a3 (böyük quan) və ya as1-c4 (kiçik quan) diapazonuna malikdir. Ansambllarda, orkestrlərdə və sololarda istifadə olunur.
Alət qədim mənşəlidir. Eramızdan əvvəl XIV əsrə aid kahin sümüklərindəki işarələr göstərir ki... Yan və quan kimi fleytalara istinadlar artıq tapılıb, Eramızdan əvvəl III-II əsrlərə aid klassik Çin ədəbiyyatında (məsələn, Çjou ayinlərində) di və guan sözlərinə istinadlar mövcuddur.
Çində quan ÇXR-in Sintszyan-Uyğur muxtar rayonunda geniş yayılmışdır. Cənubda Quandon əyalətində quan həmçinin houquan (çincə: 喉管) kimi də tanınır. İstinadlar
Xarici keçidlər
"Guan - Chinese Traditional Musical Instruments" from Paul and Bernice Noll site "The Guanzi or Bili" from AZSA.com Guan article(Chinese) Houguan article Houguan article Houguan article
Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Çin musiqisi Kateqoriya:Çin dilində sözlər və ifadələr