Şahzadə Xristofor (; ) — Yunanıstan kralı I Georqun oğlu, şahzadə.
Həyatı 1888-ci ildə Pavlovskiy sarayında dünyaya gəldi. Atası Yunanıstan kralı I Georq, anası isə Çar I Nikolayın nəvəsi Olqa Konstantinovnadır. Atasının köklü şəcərəsi səbəbilə həm Yunanıstan, həm də Danimarka taxt-tacının varisi hesab olunurdu. Dan, italyan, fransız, ingilis, rus və yunan dillərində səlis danışırdı. Yetkinlik yaşına çatmasının ardından kral donanmasına qatılsa da, piano təhsilinə üstünlük verdi. gənclik illərində Portuqaliya, Litva və Albaniya taxt-tacına namizəd göstərilsə də, bu təklifləri geri çevirdi.
1910-cu ildə qısa müddətlik Fayf hersoginyası olan bibisi qızı Luizanın qızı Aleksandra ilə nişanlı qaldı. Ancaq ailə üzvləri bu evliliyə qarşı çıxdı. Nəhayət 1 yanvar 1920-ci ildə Amerikalı dul milyonçu Nonni Mey Stüartla evləndi. Monarxial qaydalara zidd olan bu nigahın ardından xanımı Anastasiya adını aldı. Ancaq evlilikdən qısa müddət sonra xərçəng xəstəliyinə tutulan xanımı 1923-cü ildə vəfat etdi.
İkinci evliliyi isə 1929-cu ildə Palermoda Şahzadə Fransuaza ilə baş tutdu. Yeganə övladı Şahzadə Mixail də məhz bu evliliyindən dünyaya gəldi. 1936-cı ildə sürgün qərarı ləğv edildi və Şahzadə Xristofor xanımıyla birlikdə Afinaya döndü. Ancaq çox keçmədən 21 yanvar 1940-cı ildə Afinada vəfat etdi. Cənazəsi doğulduğu Tatoy sarayındakı ailə məzarlığına dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Afina şəxsləri Kateqoriya:Yunanıstan kral ailələri