Cefri Leyn Fleyk (ing. Jeffrey Lane Flake ) - ABŞ siyasətçisi, diplomatı və səfiri.
İyun 2021-ci ildə ABŞ Prezidenti Co Bayden tərəfindən Türkiyəyə ABŞ-ın səfiri vəzifəsinə namizəd göstərilmiş 26 oktyabr 2021-ci il tarixində Senatın təsdiqini almış və 26 yanvar 2022-ci ildə etimadnaməsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edərək vəzifəsinin icrasına rəsmi olaraq başlamışdır.
Həyatı Arizona ştatının Snowflake şəhərində anadan olan Cef, Brigham Young Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi, daha sonra isə siyasi elmlər üzrə magistr dərəcəsi almışdır. 1980-ci illərin əvvəllərində Cənubi Afrikada İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi üçün missioner kimi fəaliyyət göstərmişdir. Amerika Birləşmiş Ştatlarına qayıtdıqdan sonra Goldwater İnstitutunun icraçı direktoru vəzifəsində çalışmışdır. 2001–2013-cü illər arasında ABŞ Nümayəndələr Palatasının üzvü olmuşdur.
Cef, vəzifədə olan Con Kaylın istefaya çıxacağını açıqlamasından sonra 2012-ci il Senat seçkiləri üçün namizəd olmuşdur. Ümumi seçkilərdə Demokrat Partiyanın namizədi Riçard Karmonanı məğlub etmişdir. Flake 2013-cü ildə immiqrasiya islahatı haqqında qanunun Senatdan keçməsini təmin edən iki partiyalı ABŞ senatorlarından ibarət “Səkkizlər Çətəsi”nun üzvlərindən biri olmuşdur.
Türkiyədə Səfir olması 2021-ci ilin iyun ayında ABŞ Prezidenti Co Bayden Cef Fleyki Amerika Birləşmiş Ştatlarının Türkiyə üzrə səfiri vəzifəsinə namizəd göstərdiyini açıqlamışdır. Cef açıqlamadan sonra verdiyi bəyanatda Baydenin partizanlığa qarşı mövqeyindən məmnunluq duyduğunu ifadə etmişdir.
Keçmiş fəaliyyəti Fleyk keçmişdə 1915-ci il Erməni qırğını hadisələrini “soyqırımı” kimi xarakterizə etməmiş və F-35 döyüş təyyarələrinin Türkiyəyə satılmaması məsələsində əleyhinə səs vermişdir. O, həmçinin Andrew Brunsonun azadlığa buraxılması ilə bağlı məktuba imza atan şəxslərdən biri olmuşdur.
Cef Konqresdəki fəaliyyəti dövründə əsasən Afrika ilə bağlı mövzularda aktiv olmuş, daha əvvəl isə Cənubi Afrika və Zimbabvedə mormon missioneri kimi xidmət göstərmişdir; bu səbəbdən Fleyk-in Türkiyə üzrə ABŞ səfiri vəzifəsinə namizəd göstərilməsi media tərəfindən gözlənilməz bir addım kimi dəyərləndirilmişdir.
Trampla ziddiyyəti Fleyk ABŞ-ın keçmiş prezidenti Donald Trampla eyni partiyadan olmasına baxmayaraq, Trampın prezidentliyi dövründə onu tez-tez tənqid etməsi ilə tanınırdı. Fleyk 2018-ci ildə etdiyi bir çıxışda belə demişdi:
“Prezidentliyimiz hazırda dağıdıcılığa və ayrı-seçkiliyə qarşı tükənməz bir iştaha malik olan və Konstitusiyanın necə işlədiyi barədə yalnız səthi biliyi olan biri tərəfindən alçaldılır.”
İstinadlar
Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:Almanəsilli amerikalılar