Əs-Siqat () və ya Kitab əs-Siqat () — İbn Hibbanın "siqa" hesab etdiyi hədis raviləri haqqında olan əsəri.

Əsər "Əs-Siqat"ın digər adları "Tarixus-siqat" ilə "əs-Siqat minəs-səhabə vət-tabiin və ət-bait-tabiin"dir. Əsər özündə 15 min hədis ravisinin məlumatlarını ehtiva edir. Əsərdə ravilər təbəqələr halında, yarı əlifba sırası ilə verilmişdir. Ravilərin tərcümeyi-halları təqdim edilərkən onların adları, ləqəbləri, ölüm tarixləri, müəllimləri, tələbələri və s. haqqında məlumatlar təqdim edilmiş və həmçinin onların cərh və tədil dərəcələri də göstərilmişdir.

Əsərə müəyyən tənqidlər də yöndirilmişdir: əl-Albani "əs-Siqat"da məchul ravilərə yer verildiyi və xətalar edildiyi iddiası ilə tənqid etmişdir.

Çox saylı əlyazma nüsxələri olan "əs-Siqat" Məhəmməd Əbdürrəşid tərəfindən Heydərabadda nəşr olunmuşdur (I–IX, 1973–1983).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:İbn Hibban