IV Fridrix Fransisk (; ) — son Böyük Meklenburq-Şverin hersoqu.
1882-ci ildə Palermoda dünyaya gəldi. Atası Şahzadə Fransisk Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu, anası isə Böyük knyaz Mixail Nikolayeviçin qızı Anastasiya Mixailovnadır. Doğulduğu əsnada babası hələ də taxtda idi və cəmi 1 yaşında babasının vəfatıyla atası taxta çıxdı. Beləcə, taxtın yeganə varisi oldu. Rusca, ingiliscə, almanca və fransızca öyrəndi. Yalnız yay aylarında Şverində qalan ailə ilin çox vaxtını xarici ölkələrdə yaşadılar.
1897-ci ildə atasının ani ölümüylə (və ya intiharı) hələ 15 yaşında ikən taxta çıxarıldı. Əmisi Şahzadə Con Albert naib təyin olundu və 1901-ci ilədək dövlət işləriylə o məşğul oldu. 1903-cü ildə Bonn Universitetində təhsilə başladı.
7 iyun 1904-cü ildə son Hannover kralı V Georqun nəvəsi Aleksandra ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Fridrix Fransisk (1910-2001) Kristian Lüdovik (1912-1996) Olqa (1916-1917) Tira Anastasiya (1919-1981) Anastasiya Aleksandrina (1923-1979)
Son Böyük Meklenburq-Strelitz hersoqu VI Adolf Frederikin intiharı və Çar ordusunda xidmət edən varisinin taxtdan imtina etməsi səbəbilə, 23 fevral 1918-ci ildə boş qalan Strelitz mülkünə naiblik etdi. Ancaq Birinci Dünya müharibəsində Almaniya imperiyasının məğlub edilməsinin ardından 14 noyabr 1918-ci ildə hər iki taxtdan da çəkildi. İlk öncə Danimarkada yaşasa da, mülklərindən bəzilərinin geri verilməsindən sonra Şverinə geri döndü.
İkinci Dünya müharibəsindən sonra yaxınlaşan Sovet ordusundan qorxdu və ailəsiylə birlikdə Flensburqa sığındı. Ancaq burdaykən səhhəti pisləşdi və 17 noyabrda burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
"Obituary - Friedrich Franz II". New York Times. 1883-04-16 Garlington, JC (1852). The Men of the Time, Or, Sketches of Living Notables. Redfield. p. 349
İstinadlar
Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:İtaliyadakı Almaniya qürbətçiləri