Dərvişəli Behrəvan İnanlı və yaxud Dərviş Xan İnanlı Qəzvin ostanının Buyinzəhra bölgəsindən olan müasir azərbaycanlı şair və yazıçı. O şeirlərini azərbaycan dilində söyləmişdir.
Həyatı Dərvişəli İnanlı 1934-cü ildə Qəzvin ostanının Buyinzəhra bölgəsinin Xürrəmabad kəndində doğuldu. Bu kənd İnanlı oymağının vaxtilə Qəzvinin Zəhra mahalında əsasını qoyduğu və yaşadığı kəndlərdən biri olaraq; hazırda mövcud deyil (quraqlıq üzündən əhalisi köçüb və xarabalıqları qalır). Onun atası Yavər Xan adı ilə də tanına Feyzullah Xan Qəzvin bölgəsində İnanlı oymağının tanınmış xanlarından birisi idi. Dərvişəlinin atası İnanlı oymağının müxtəlif tayfaları arasında hörmətli bir şəxsiyyət kimi tanınaraq; varlı bir ailədən idi. Dərvişəli atasının və anasının dünyalarını dəyişdikdən sonra Tehrana köçür və orada dəmiryolu işçisi olaraq çalışır. Ancaq o öz ata ana yurdunu unutmur. Onun şeirləri əsasən dini, dünyəvi, öyüd və ibrət kimi məzmunları ehtiva edir. Dərvişəli İnanlı öz şeirlərində şiə imamlarının vəsfi, dünyanın vəfasızlığı və fani olduğu, insanların ədalətsizliyi, varlıların yoxsullara diqqət etmədən xoş keçirdikləri kimi mövzulara toxunaraq; hamının bir gün öləcəyini xatırladır. Elə bu səbəbdən də o öz şeirlərində varlıları yoxsullara yardım etməyə dəvət edir. O 2022-ci ilin avqust ayının 12-ci günündə vəfat etmişdir.
Əsərləri Ana Yurdum Buyinzəhra İnanlı Divanı El Görüşü Ata Yavər Pənahəli və Asya Sönməz Ellərin Ocağı Hər Şair Şəhriyar Olmaz Yaşa Kəndim
İstinadlar