Karl Manne Georq Siqban (; ) — 1924-cü ildə "rentgen spektroskopiyası sahəsindəki kəşfləri və tədqiqatlarına görə" Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş isveçli fizik.
Bioqrafiyası
Siqban İsveçin Erebru şəhərində Georq Siqban və Emma Zetterberqin ailəsində anadan olmuşdur.
O, 1906-cı ildə Stokholmda təhsilini başa vurmuş və elə həmin il Lund Universitetində ali təhsilinə başlamışdır. Təhsil aldığı müddətdə Yohannes Ridberqin katib köməkçisi kimi çalışmışdır. 1908-ci ildə Göttingen Universitetində təhsilini davam etdirmişdir. 1911-ci ildə Lund Universitetində "Magnetische Feldmessungen" (Maqnit sahəsinin ölçülməsi) mövzusunda dissertasiya müdafiə edərək doktorluq (PhD) dərəcəsi almışdır.
Yohannes Ridberqin səhhəti pisləşdikdə Siqban onu professor vəzifəsində əvəz etmiş və 1920-ci ildə tam ştatlı professor olaraq onun xələfi olmuşdur. Lakin 1922-ci ildə Lund Universitetini tərk edərək Uppsala Universitetində professorluq fəaliyyətinə başlamışdır.
1937-ci ildə Siqban İsveç Kral Elmlər Akademiyasının Nobel İnstitutunun Fizika şöbəsinin direktoru təyin edilmişdir. 1988-ci ildə bu müəssisənin adı Manne Siqban İnstitutu olaraq dəyişdirilmişdir. Sonradan institutun tədqiqat qrupları yenidən təşkil olunsa da, onun adı Stokholm Universitetinin nəzdindəki Manne Siqban Laboratoriyasında yaşamağa davam edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:3 dekabrda doğulanlar Kateqoriya:1886-cı ildə doğulanlar Kateqoriya:24 sentyabrda vəfat edənlər Kateqoriya:1978-ci ildə vəfat edənlər Kateqoriya:Stokholmda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Lund Universitetinin müəllimləri Kateqoriya:Uppsala Universitetinin müəllimləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçli Nobel mükafatı laureatları Kateqoriya:Lund Universitetinin məzunları Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri