300 px|left|thumb|"Roma tətilləri" (ing."Roman Holiday") 300 px|left|thumb|Həqiqətin ağzı it. Bocca della Verità, Yules Blancxarda məxsus heykəl, Lüksemburq parkı, Paris.
Məzmunu və tarixçəsi "Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it. "La Dolce Vita")-Federiko Fellini (baş rolda: Marçello Mastroyanni), "Dəlicəsinə vurulmuş"-(it. "Innamorato pazzo")-Kastellano, Pipolo (baş rollarda: Adriano Çelentano və Ornella Muti) rejissorları "Həqiqətin ağzı"na dəfələrlə müraciət etmişlər.
Mənbələr Falk Spirallo Reiseführer Rom, Auflage 2007 Rom, DuMont Reiseverlag, Auflage 2006 Henze, Anton Kunstführer Rom, Auflage 1994 ISBN 3-15-010402-5
Kateqoriya:Romanın görməli yerləri Kateqoriya:Mərmər heykəllər Kateqoriya:İtaliyadakı mərmər heykəllər Kateqoriya:Həqiqət